Digər xəbərlər


İşğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivlik ABDF-in maliyyə mexanizmləri ilə dəstəklənir
30.04.2026

İşğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın bərpası və davamlı inkişafın təmin edilməsi İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABDF) əsas prioritetlərindən biri kimi müəyyən edilib. Fond bu ərazilərdə iqtisadi fəallığın artırılması, yeni biznes subyektlərinin formalaşması və mövcud təşəbbüslərin genişləndirilməsi üçün üç əsas maliyyə mexanizmi – birbaşa investisiya, zəmanət və subsidiya, eləcə də güzəştli kreditlər vasitəsilə kompleks dəstək göstərir. Bu mexanizmlər regionda həm real sektorun inkişafına, həm də məşğulluğun artırılmasına töhfə verməyə hədəflənib.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən investisiya layihələri regionun iqtisadi potensialının reallaşdırılması, sənaye və enerji infrastrukturunun formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Həyata keçirilən layihələr yerli istehsalı və ixrac imkanlarını genişləndirməklə yanaşı, yeni iş yerlərinin yaradılması və dayanıqlı iqtisadi mühitin formalaşmasına birbaşa xidmət edir.

Kəlbəcər-Laçın Su Elektrik Stansiyaları 

ABDF və Türkiyənin "Demirören Yatırım Holding A.Ş." Şirkətlər Qrupu arasında bağlanmış Birgə İştirak Müqaviləsinə əsasən Kəlbəcər və Laçın rayonlarında dövlət-özəl tərəfdaşlığı prinsipi ilə 4 kiçik su elektrik stansiyasının bərpası və istismarı nəzərdə tutulur. İldə təxminən 7000 ev təsərrüfatının fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi planlaşdırılır. Layihənin ümumi dəyəri 27,5 milyon ABŞ dolları təşkil edir.

"Şəfəq" Günəş Elektrik Stansiyası 

İşğaldan azad edilmiş ərazilərdə ilk sənaye miqyaslı günəş enerjisi layihəsi və ən böyük xarici investisiya təşəbbüsü olan “Şəfəq” Günəş Elektrik Stansiyası da ABDF-in  dəstəyi ilə icra olunan layihələrdən biridir. “Şəfəq” Günəş Elektrik Stansiyası vasitəsilə Cəbrayıl rayonunun elektrik şəbəkəsinə enerji ötürülməsi,  eyni zamanda Səngəçal terminalının enerji ehtiyaclarını bərpa olunan enerji hesabına təmin edilməsi nəzərdə tutulub. Ümumi dəyəri 204 milyon ABŞ dolları olan bu layihənin əsas hədəfi Azərbaycanın yaşıl enerji sektorunu inkişaf etdirmək və ekoloji davamlılığı artırmaqdır. 

“Bafco Invest” MMC 

Fond bu ərazilərdə sənaye istehsalı istiqamətində fəaliyyət göstərən irimiqyaslı layihələrdə də iştirak edərək iqtisadi aktivliyin bərpasına dəstək olur. Ağdam Sənaye Parkında fəaliyyət göstərən "Bafco Invest" MMC zavodunun işçi ayaqqabıları istehsalı layihəsi bu iştirakın nümunəvi nəticəsidir. Müasir keyfiyyət standartlarına cavab verən istehsal prosesinə əsaslanan layihənin ümumi dəyəri 15,1 milyon manatdır.

“Şahbulag Mining" MMC 

"Şahbulag Mining" MMC tərəfindən Ağdam rayonunun Şahbulaq əhəngdaşı yatağının istismarı və Xocalı şəhərində sement istehsalı layihəsi icra olunmaqdadır. Layihə çərçivəsində mişar daşı və sement istehsalı həyata keçirilir ki, bu da Qarabağ və Şərqi Zəngəzurda aparılan tikinti və bərpa işlərinə birbaşa töhfə verir. Layihənin ümumi dəyəri 5,17 milyon manat təşkil edir

Zəmanət və subsidiya dəstəyi ilə yaradılan real imkanlar

ABDF tərəfindən tətbiq edilən zəmanət və subsidiya mexanizmi sahibkarların maliyyə resurslarına çıxışını daha da asanlaşdırır və kredit risklərini minimuma endirir. Mexanizmə əsasən sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin 90%-dək hissəsinə dövlət zəmanəti verilir. Eyni zamanda, kreditlər üzrə illik faiz dərəcəsinin 10 faiz bəndi 36 aya qədər olan müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kreditlər üçün əlavə güzəşt müddəti tətbiq olunur.

Hazırda Fond tərəfindən sahibkarların 52 layihəsi üzrə banklardan əldə etdiyi 66,8 milyon manat kreditə 56,5 milyon manat həcmində dövlət zəmanəti verilib. Eyni zamanda, bu layihələr üzrə 17,3 milyon manat məbləğində subsidiya təsdiqlənib. 

Güzəştli kreditlərlə dəstəklənən yerli bizneslər

Fond tərəfindən sahibkarlığın dəstəklənməsinə yönəlmiş güzəştli kredit mexanizmi işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən biznes subyektlərinin daha əlverişli şərtlərlə maliyyə resurslarına çıxışını təmin edir. Bu kreditlər aşağı faiz dərəcələri, uzunmüddətli qaytarılma qrafiki və güzəşt müddətləri ilə seçilərək sahibkarların maliyyə yükünü əhəmiyyətli dərəcədə azaldır və bizneslərin davamlı inkişafını stimullaşdırır.

İndiyədək azad edilmiş ərazilərimizdə ümumilikdə 28 layihə üzrə sahibkarlara 45,8 milyon manat həcmində güzəştli kredit təqdim edilib.

ABDF tərəfindən təqdim olunan maliyyə mexanizmləri işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığın artırılmasına, yeni iş yerlərinin yaradılmasına və regionun dayanıqlı inkişafına mühüm töhfə verməklə yanaşı, sahibkarlığın genişlənməsi üçün uzunmüddətli maliyyə əlçatanlığının formalaşdırılmasına xidmət edir. Bu yanaşma həm biznes təşəbbüslərinin reallaşdırılmasını sürətləndirir, həm də regionun iqtisadi potensialının daha səmərəli şəkildə səfərbər olunmasına şərait yaradır.


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment