Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın üzvləri ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələri arasında görüş keçirilib.
Görüşdə sahibkarları maraqlandıran müxtəlif məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.
Eyni zamanda görüşdə qaldırılan məsələlərin işçi qrupları çərçivəsində müvafiq sahələr üzrə ekspertlərin də iştirakı ilə daha ətraflı müzakirə olunmasının vacibliyi vurğulanıb.