Digər xəbərlər


“Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbir keçirilib
29.04.2026

“Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbir keçirilib 

Tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub. 

Aprelin 29-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə "Sahibkarlar günü"nə həsr olunmuş “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbir keçirilib. 

Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb. Tədbir iştirakçıları həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, “Əbədi Məşəl” kompleksinə əklil qoyublar. 

Tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Milli Məclisinin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin  sədri Anar Quliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri Ramiz İsayev çıxış ediblər. Çıxışlarda ölkə iqtisadiyyatının davamlı inkişafında, məşğulluğun təmin olunmasında özəl sektorun aparıcı rolu xüsusi vurğulanıb. Ölkəmizdə sahibkarlığın formalaşması və inkişafının təməlinin ulu öndər Heydər Əliyev tərəfindən qoyulması, bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirildiyi vurğulanıb. Qeyd olunub ki, sahibkarlıq fəaliyyətinin inkişafı məqsədilə qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir, inzibati prosedurlar sadələşdirilir, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər görülür, sahibkarlara göstərilən maliyyə və institusional dəstək mexanizmləri genişləndirilir, müxtəlif güzəşt və stimullaşdırıcı tədbirlər tətbiq olunur.

Həmçinin qeyd olunub ki, kiçik və orta biznesin inkişafı iqtisadi siyasətin prioritetlərindəndir, dövlət-özəl sektor əməkdaşlığının davamlı olaraq genişlənir. 

Tədbirdə sahibkarlığın inkişafına dair film nümayiş olunub. 

Tədbirin sonunda Prezident İlham Əliyevə tədbir iştirakçıları adından müraciət qəbul olunub.

Tədbir bədii hissə ilə başa çatıb. 

Qeyd edək ki, 2002-ci ilin 25 aprel tarixində ümummilli lider Heydər Əliyevin yerli sahibkarlarla, may ayında isə xarici iş adamları ilə tarixi görüşləri olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 21 aprel tarixli Sərəncamı ilə bu əlamətdar tarix ölkəmizdə “Sahibkarlar Günü” kimi qeyd olunur. 

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment