28 aprel 2026-cı il tarixində "Auditoriyada məzun var" layihəsi çərçivəsində Bakı Fond Birjasının Data analitiki Bahar Rüstəmova UNEC tələbələri ilə görüş keçirib
Görüş zamanı Bahar Rüstəmova tələbələr üçün yeni statistik alət olan interaktiv məlumat panelini təqdim edərək, iştirakçılara platformanın funksionallığı, məlumatlara çıxış imkanları və analitik alətlərdən istifadə qaydaları barədə ətraflı məlumat verib.
UNEC-in əsas tədris binasında Bakı Fond Birjasının dəstəyi ilə yaradılmış "Maliyyə laboratoriyası" 2015-ci ildən fəaliyyət göstərir. Əməkdaşlıq çərçivəsində "Maliyyə laboratoriyası"nda layihə, təlim və seminarların təşkil edilməsi, BFB mütəxəssislərin təcrübəsinin paylaşılması, BFB-də mövcud olan aktiv vakansiyalar və təcrübə proqramları haqda məlumatlandırılması məqsədilə “UNEC”də “Karyera günləri”nin keçirilməsində iştirakı nəzərdə tutulub.
Bakı Fond Birjası və UNEC tələbələrin peşəkar inkişafına dəstək olmaq məqsədilə bu cür əməkdaşlıq tədbirlərini davam etdirməyi planlaşdırır.