Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə növbəti cümə seminarı həyata keçiriləcəkdir.
1 may 2025-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında saat 15:00-dan 16:00-dək növbəti cümə seminarı həyata keçiriləcəkdir.
Seminarda Mərkəzi Gömrük Hospitalının rəis müavini, kardioloq Nabil Seyidov “Kəskin dekompensasiya olunmuş Ürək Çatışmazlığının menecmenti” və Kardiologiya şöbəsinin kardioloqu Emin Allahverdiyev “Aşağı dəqiqəlik ürək atımı (CO) sindromları” mövzularında geniş təqdimatla çıxış edəcək, həmçinin auditoriyanı maraqlandıran sualları cavablandıracaqlar.
Seminar bütün ixtisaslı həkim və rezidentlər üçün nəzərdə tutulmuşdur.
Seminarda iştirak ödənişsizdir və qeydiyyatdan keçmək mütləqdir!
Seminarda iştirak üçün (051) 232 66 64 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.