Neft və qaz


“PAŞA Holding” və SOCAR İspaniyanın nüfuzlu IE Universiteti ilə Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalayıblar
28.04.2026

28 aprel 2026-cı il tarixində “PAŞA Holding” və SOCAR İspaniyanın nüfuzlu IE Universiteti ilə strateji tərəfdaşlıq çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Bakıda Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin yaradılması məqsədilə Anlaşma Memorandumu imzalayıblar.

İmzalanma mərasimində elm və təhsil naziri Emin Əmrullayevin, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin, SOCAR-ın prezidenti Rövşən Nəcəfin, “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımovun, IE Universitetinin icraçı prezidenti Santiaqo İniqes de Onsonyonun çıxışları dinlənilib.

Çıxışlarda insan kapitalının gücləndirilməsi, süni intellekt və rəqəmsal transformasiya kimi çağırışları hədəfləyən təşəbbüslərin innovasiya əsaslı inkişafa yatırılan strateji investisiyalar olduğu bildirilib. Bu xüsusda, yeni yaradılacaq Mərkəzin Azərbaycanın təhsil ekosistemində innovasiya və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub.

Sonra Azərbaycanda “IE Liderlik və İnnovasiya Mərkəzi”nin yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.

Qeyd edək ki, bu təşəbbüs ölkəmizdə liderlik bacarıqlarının inkişafına töhfə verməklə yanaşı, innovasiya və beynəlxalq əməkdaşlıq üçün regional platforma formalaşdırmaq, eləcə də Azərbaycanda insan kapitalının inkişafını dəstəkləmək məqsədi daşıyır.

Rəqəmsal transformasiya, süni intellekt və dayanıqlı inkişaf kimi sahələrdə fəaliyyət göstərəcək mərkəzdə rəhbər kadrlar üçün təhsil proqramları və beynəlxalq tədbirlər təşkil ediləcək, eləcə də tədqiqat təşəbbüsləri həyata keçiriləcək.

Bu tərəfdaşlıq, həmçinin yerli maraqlı tərəflərlə əməkdaşlıq vasitəsilə təhsildə mükəmməlliyi artırmağı və institusional potensialı dəstəkləməyi nəzərdə tutur. Tərəfdaşlıq çərçivəsində SOCAR və “PAŞA Holding” əməkdaşlarının peşəkar inkişafına töhfə vermək məqsədilə xüsusi uyğunlaşdırılmış təhsil proqramlarının həyata keçirilməsi də planlaşdırılır.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment