Azərbaycan və Özbəkistan gömrük xidmətlərinin əməkdaşları arasında onlayn formatda görüş keçirilib.
Gömrük təmsilçiliyi institutu mövzusunda keçirilən görüşdə təmsilçilik fəaliyyətini həyata keçirmək üçün tələb olunan şərtlər, attestasiyanın keçirilməsi, sertifikatların verilməsi, ləğvi və digər məsələlərlə bağlı müzakirələr aparılıb.