Digər xəbərlər


Beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirakla bağlı ixracatçıların müraciətləri qəbul edilir
28.04.2026

İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”na (bundan sonra – Qayda) uyğun olaraq “Beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirak” dəstək tədbiri üzrə ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Beynəlxalq sərgi və ya yarmarkada fərdi qaydada iştirakla bağlı ixracatçılara ödənilən dəstək məbləği aşağıdakı istiqamətlər üzrə çəkilmiş xərclərin 50%-ni (10 min manatdan artıq olmamaqla) təşkil edir:

· Sərgi və ya yarmarkanın keçirildiyi məkanda yerin icarəsi;

· Sərgi və ya yarmarkanın keçirildiyi məkanda stendin dizaynı, hazırlanması və quraşdırılması;

· Nümayiş etdiriləcək məhsulların sərgi və ya yarmarkanın keçirildiyi məkana daşınması.

Beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirakla bağlı dəstək məbləği aşağıdakı qaydada ödənilir:

· Beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirakın başa çatdığı tarixdən 30 iş günü ərzində dəstək məbləğinin əldə edilməsi üçün ərizə ilə müraciət edilir;

· Ərizəyə aşağıdakılar əlavə edilir:

· Görülmüş işi, göstərilmiş xidməti və ya icarə haqqını təsdiq edən sənəd (hesab-faktura (invoys);

· Bağlanmış müqavilənin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti;

· Vəsaitin ödənilməsini və ya xərcin çəkilməsini təsdiq edən sənədin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti;

· Beynəlxalq sərgi və ya yarmarkada fərdi qaydada iştirakla bağlı yazılı, foto və ya video hesabat.

Müraciətə ümumilikdə 30 iş günü ərzində baxılır:

· Müraciət qeydiyyata alındığı tarixdən etibarən 2 iş günü ərzində ərizənin və ona əlavə edilmiş sənədlərin Qaydaya uyğunluğu yoxlanılır;

· Ərizə və ona əlavə edilmiş sənədlər Qaydaya uyğun olmadıqda, çatışmazlıqların aradan qaldırılması üçün müraciətçiyə məlumat təqdim edilir;

· Çatışmazlıqlar məlumat alındığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırılmalıdır;

· Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müddətin axımı davam edir.

Dəstək məbləğinin ödənilməsi haqqında qərar qəbul edildiyi gündən 20 iş günü ərzində dəstək məbləği müraciətçinin bank hesabına köçürülür.

2026-2027-ci illər üçün “Beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirak” dəstək tədbiri üzrə dəstək məbləğinin ödənilməsi barədə qərar müraciətdə göstərilən sərgi və ya yarmarkanın aşağıdakı meyarlara uyğunluğuna əsasən verilir:

Asiya, Avropa, Afrika, Şimali Amerika, Cənubi Amerika və Avstraliya qitələrində sənaye, tikinti və inşaat materialları, İKT, təhsil, səhiyyə, kənd təsərrüfatı, qida sənayesi və ərzaq məhsulları, tekstil, dizayn, turizm və logistika sahələri üzrə keçiriləcək beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştiraka görə dəstək məbləğinin ödənilməsi üçün müraciət edilə bilər.

Sənədlər Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə - AZPROMO-ya təqdim olunmalıdır:

Ünvan: Azərbaycan, Bakı, AZ1000, Neftçilər pr., 32, Bakı Biznes Mərkəzi. 

Əlaqə vasitələri:

Tel: (+994 12) 598-01-47/48 (daxili - 3674);

E-mail: zahra.baghirova@azpromo.gov.az;     

Mob: (+994 50) 735-67-35;

Əlaqələndirici şəxs: Zəhra Bağırova.


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment