Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında korrupsiya ilə mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə səhiyyə sahəsində korrupsiya ilə mübarizənin pasiyentlərin əlçatan, bərabər və keyfiyyətli tibbi xidmətlər əldə etməsində mühüm rol oynadığı, bu istiqamətdə sistemli yanaşmanın və institusional tədbirlərin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Eyni zamanda “Korrupsiya ilə mübarizədə Xəstə xidmətləri şöbəsinin işinin təşkili və bu sahədə zəruri addımlar”, “Sığorta şirkətləri və pasiyentlərlə iş sahəsində keyfiyyətli xidmətin təşkili”, “Tibb müəssisəsində korrupsiya ilə mübarizədə elektron xidmətlərin və rəqəmsallaşmanın vacibliyi” mövzularında çıxışlar dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb, təkliflər dinlənilib və suallar cavablandırılıb.