Fond birjası


Bakı Fond Birjasında “Listinqin vergi baxımından üstünlükləri” mövzusunda tədbir keçirilib
27.04.2026

27 aprel 2026-cı il tarixində Bakı Fond Birjası və EY Azərbaycan-ın birgə təşkilatçılığı ilə “Listinqin vergi baxımından üstünlükləri” mövzusunda tədbir keçirilib. Tədbir EY Tax Club-a üzv olan şirkət nümayəndələrini bir araya gətirərək, listinqin vergi və kapital bazarları baxımından yaratdığı imkanların müzakirəsi üçün platforma rolunu oynayıb.

Tədbir Bakı Fond Birjasının İdarə Heyətinin sədr müavini, Baş Kommersiya İnzibatçısı Oqtay Qasımov və EY Azərbaycan-ın Vergi və Hüquq Xidmətləri üzrə partnyoru Arzu Hajiyevanın açılış nitqləri başlayıb. 

Daha sonra Arzu Hajiyevanın moderatorluğu ilə davam panel müzakirələrində spikerlər PAŞA Bankın Treydinq şöbəsinin rəhbəri Sərxan Piriyev və Bakı Fond Birjasının Listinq bölməsinin rəhbəri Fərhad Mansurov Azərbaycanda səhm bazarının tənzimləmə çərçivəsinin son dövrlərdə əhəmiyyətli inkişafı, yeni listinq qaydalarının bazarın strukturuna və keyfiyyətinə təsiri, səhmlərin bölüşdürülməsi qaydaları və s. barədə ətraflı məlumat veriblər.

Müzakirələr zamanı PAŞA Bank nümunəsi üzərindən IPO-dan sonrakı dövrdə səhmlərin alqı-satqısı imkanları, gündəlik bazar qiymətlərinin izlənilməsi üsulları, səhmin qiymətinə təsir edən əsas amillər və dividend siyasətinin investorlar üçün əhəmiyyəti barədə ətraflı məlumat təqdim olunub.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və aktiv müzakirələr aparılıb.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment