Fond birjası


Bakı Fond Birjası ADA-da keçirilən “Karyera Həftəsi”ndə iştirak edib
27.04.2026

24 aprel 2026-cı il tarixində Bakı Fond Birjası (BFB) ADA Universitetində təşkil olunmuş “Karyera Həftəsi”ndə iştirak etmişdir.

Tədbir zamanı Bakı Fond Birjasının nümayəndələri tərəfindən tələbələrə Birjanın fəaliyyəti, maliyyə bazarlarındakı rolu, kapital bazarlarının inkişafındakı əhəmiyyəti və ümumilikdə investisiya mühiti barədə ətraflı məlumat təqdim olunmuşdur. Bununla yanaşı, iştirakçılara Bakı Fond Birjasında mövcud olan karyera imkanları, işə qəbul prosesi, tələbələr və yeni məzunlar üçün nəzərdə tutulmuş təcrübə proqramları haqqında geniş izahat verilmişdir.

Tədbir çərçivəsində tələbələrlə interaktiv müzakirələr aparılmış, onların sualları cavablandırılmış və real iş mühiti ilə bağlı praktiki biliklər paylaşılmışdır. Bu, iştirakçıların maliyyə sektoru haqqında daha dolğun təsəvvür formalaşdırmasına və gələcək karyera seçimlərini daha düzgün istiqamətləndirməsinə imkan yaradır.

Görüşün nəticəsi olaraq, 90-a yaxın tələbə Bakı Fond Birjasının təcrübə proqramında iştirak etmək üçün müraciət etmişdir ki, bu da gənclərin kapital bazarlarına artan marağının göstəricisidir.

Qeyd edək ki, ADA Universitetinin Karyera Xidmətlərinin təşəbbüsü ilə təşkil olunan “Karyera Həftəsi” tələbə və məzunların əmək bazarının tələbləri ilə yaxından tanış olması, müxtəlif sahələr üzrə aparıcı təşkilatlarla birbaşa ünsiyyət qurması və peşəkar inkişaf imkanlarını dəyərləndirməsi baxımından mühüm platformadır.

Bakı Fond Birjası olaraq, gənc istedadların inkişafına dəstək göstərmək, onların maliyyə bazarları sahəsində bilik və bacarıqlarını artırmaq və gələcək peşəkar kadrların formalaşmasına töhfə vermək əsas prioritetlərimizdəndir.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment