Digər xəbərlər


Dövlət müəssisələri ilk rüblük maliyyə hesabatlarını “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə təqdim edir
27.04.2026

Dövlət müəssisələri ilk rüblük maliyyə hesabatlarını “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi vasitəsilə təqdim edir

Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2025-ci il tarixli “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq dövlət maliyyəsinin səmərəli idarə olunması istiqamətində mühüm addımlar atılır.

Fərmana əsasən dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli büdcə layihələrinin və proqnozlarının, habelə illik gəlir və xərclər smetalarının icra vəziyyətinin monitorinqinin həyata keçirilməsi və icra göstəricilərinin təhlili nəticələri barədə rübdə bir dəfə Dövlət başçısına məlumatların təqdim edilməsi Maliyyə Nazirliyinə tapşırılıb.

Fərmanın icrası çərçivəsində dövlət müəssisələri üzrə beynəlxalq standartlara uyğun tərtib edilmiş maliyyə hesabatlarının (İFRS) və digər maliyyə məlumatlarının, büdcə layihələrinin və proqnozlarının, eləcə də onların icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili, həmçinin dövlət müəssisələrinin xalis mənfəətinin bölüşdürülməsi və dividend siyasətinin tənzimlənməsi üzrə yeni “Qaydalar” təsdiq olunub.

Eyni zamanda, dövlət müəssisələri tərəfindən təqdim edilməli olan hesabat formaları hazırlanaraq Maliyyə Nazirliyinin Kollegiyası tərəfindən təsdiq edilib və normativ hüquqi aktların dövlət reyestrinə daxil edilib.

Təsdiq edilmiş “Qaydalara” əsasən dövlət müəssisələri maliyyə vəziyyətinə və maliyyə fəaliyyətinə dair ilk rüblük məlumatları “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “Dövlət müəssisələrinin rəqəmsal monitorinqi” (DMRM) altsistemi vasitəsilə Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinə təqdim edirlər.

Bu məqsədlə Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi və Rəqəmsal Maliyyə Mərkəzi tərəfindən dövlət müəssisələrinin nümayəndələri üçün hesabatlılıq, məlumatların təqdim olunması qaydaları və istifadə edilən rəqəmsal platforma barədə onlayn sessiyalar, canlı təqdimatlar və təlimlər keçirilir.

Dövlət müəssisələri üzrə aparılacaq monitorinq və təhlilin məqsədləri dövlət maliyyəsinin səmərəli idarə edilməsi, dövlət müəssisələrinin fəaliyyətində şəffaflığın artırılması, uçot və hesabatlılığın təkmilləşdirilməsi, bu müəssisələr üzrə korporativ və əməliyyat risklərinin müəyyən edilməsi və bu risklərin dövlət maliyyəsinə təsir potensialının qiymətləndirilməsindən ibarətdir.

Yeni tələblər həmçinin, dövlət müəssisələrinin mənfəətliliyinin artırılması və onların dövlət büdcəsi resurslarından asılılığının azaldılması, eləcə də orta və uzunmüddətli dövrdə dövlət maliyyəsi qarşısında yarana biləcək fiskal risklərin öncədən müəyyənləşdirilməsinə xidmət edir.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment