Banklar


RABİTƏBANK SAHİBKARLAR GÜNÜNÜN 10 İLLİYİ MÜNASİBƏTİLƏ XÜSUSİ KAMPANİYAYA START VERİR
27.04.2026

Sahibkarlığın inkişafına dəstək istiqamətində təşəbbüslərini davam etdirən Rabitəbank, Sahibkarlar Gününün təsis edilməsinin 10 illiyi münasibətilə hüquqi şəxslər və sahibkar fiziki şəxslər üçün qeyri-kredit məhsulları üzrə xüsusi güzəşt kampaniyasına start verir.

25 aprel – 25 may 2026-cı il tarixlərini əhatə edən kampaniya çərçivəsində sahibkarlara bankın müxtəlif qeyri-kredit məhsul və xidmətləri üzrə endirimli və üstün şərtlər təqdim olunacaq. Kampaniyanın əsas məqsədi sahibkarlıq subyektlərinin maliyyə xidmətlərinə çıxışını daha da asanlaşdırmaq, onların gündəlik bank əməliyyatlarında rahatlığını artırmaq və biznes fəaliyyətlərinə əlavə dəyər yaratmaqdır.

Kampaniya həm mövcud müştərilər, həm də yeni hesab açmaq üçün müraciət edən hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulub.

Sahibkarlar gününün yaradılmasıının 10 illik yubileyi münasibətilə bankın qeyri-kredit məhsulları üzrə aşağıdakı güzəştlərin tətbiq olunması təklif edilir:

1. Ödənişsiz cari hesabların açılması 

2. Ödənişsiz biznes kartın sifarişi 

3. Ödənişsiz əmək haqqı kartının sifarişi (7 illik )

4. Depozit seyflərinə 10 % endirim

5. Sahibkarların icbari sığorta ödənişlərinə 10 % endirim

6. Sahibkarların investisiya fəaliyyətlərinə 10 % endirim

7. Cari hesabdan məxaric əməliyyatlarına standart faizlər üzrə 10% endirim

8. Abunə tipli tarif paketlərinə 10% endirim

9. Depozitsiz POS terminal sifarişi

10. Komissiyasız nağdsız mübadilə əməliyyatları

“Rahat bankçılıq” konsepsiyasına uyğun olaraq Rabitəbank bu kampaniya ilə sahibkarların maliyyə yükünün optimallaşdırılmasına, biznes əməliyyatlarının daha sərfəli şərtlərlə idarə olunmasına və sahibkarlıq fəaliyyətinin inkişafına töhfə verməyi hədəfləyir.

Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment