Digər xəbərlər


ABA-dan Yaşıl Gələcəyə Növbəti Töhfə: 1 Milyon Ağac Hədəfinə Doğru Maliyyə Sektoru ilə Birgə Addım
27.04.2026

24 aprel 2026-cı il tarixində Müşfiqabad qəsəbəsində ölkənin aparıcı maliyyə institutlarının iştirakı ilə növbəti irimiqyaslı ağacəkmə aksiyası keçirilmişdir.

Bu təşəbbüs, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası (ABA), Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), Azərbaycan Kapital Bazarları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası (AzFina) arasında 13 mart 2023-cü il tarixində imzalanmış “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” çərçivəsində reallaşdırılır. Memorandumun strateji hədəfi 2023-cü ildən başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumilikdə 1 000 000 ağacın əkilməsi vasitəsilə ekoloji tarazlığın bərpasına töhfə verməkdir.

Artıq dördüncü ildir ki, uğurla davam edən aksiyada ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Mərkəzi Bankın sədr müavini Gülər Paşayeva, ABA-nın prezidenti Zakir Nuriyev, AMFA-nın Müşahidə Şurasının sədri Cəlal Əliyev, AzFina-nın icraçı direktoru Azər Əkbərov, habelə digər assosiasiyaların rəhbər şəxsləri və üzv təşkilatların 250-yə yaxın nümayəndəsi iştirak etmişdir.

Ölkədə meşə fondunun zənginləşdirilməsi və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə Abşeron rayonunun Müşfiqabad qəsəbəsində yerləşən 60 hektar ərazidə yerli iqlimə uyğun 37 500 ədəd müxtəlif növ ağacın əkilməsi və müasir suvarma infrastrukturunun qurulması planlaşdırılmışdır. Aksiya çərçivəsində iştirakçılar tərəfindən 1 hektar sahədə 625 ədəd Eldar şamı və zeytun ağacı əkilmişdir. Bu tədbir maliyyə sektorunun ətraf mühitin mühafizəsi və dayanıqlı inkişaf sahəsində nümayiş etdirdiyi yüksək korporativ sosial məsuliyyətin növbəti təzahürüdür.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment