“Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin BFB-nin Üzvlük qaydalarının 3.1.8-ci (üzvün ştat cədvəlində olan səlahiyyətli treyderlərin sayı ilə bağlı tələb) və 3.5-ci (üzvün səlahiyyətli treyderlərinin sayı ilə bağlı davamlı tələb) bəndlərinin tələblərinə cavab verməməsi səbəbindən, “Bakı Fond Birjası” QSC-nin Üzvlük Komissiyasının 11 saylı, 23 aprel 2026-cı il tarixli qərarına əsasən, üzvün BFB-də üzvlüyü (ticarət etmək hüququ) 24 aprel 2026-cı il tarixindən etibarən müvəqqəti dayandırılır.
Üzvlük qaydalarının tələblərinə uyğun olaraq, üzvlüyün dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqdan sonra üzvün ticarət etmək hüququ bərpa edilir.