"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır
24.04.2026
23 aprel 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların abunə yazılışı 27.04.2026-cı il tarixində başlayacaq və 11.05.2026-cı il tarixində bitəcəkdir.
AZ2005004588 İSİN kodlu istiqrazların yerləşdirilməsi 13 may 2026-cı il tarixində həyata keçiriləcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2005004588
İstiqrazların növü və forması
Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması
Kütləvi/ Abunə yazılışı
İstiqrazların sayı
50,000 ədəd
İlkin ticarət qiyməti
100 manat
İstiqrazların buraxılış həcmi
5,000,000 manat
İllik gəlirlilik faizi
10%
Ödəmə Periodu
İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir ödəniləcəkdir