“Bakı Fond Birjası” QSC ilə “Unicapital İnvestisiya Şirkəti” ASC arasında “Paşa Bank” ASC-nin AZ1012006628 dövlət qeydiyyat nömrəli səhmləri
23.04.2026
23.04.2026-cı il tarixində “Bakı Fond Birjası” QSC ilə “Unicapital İnvestisiya Şirkəti” ASC arasında “Paşa Bank” ASC-nin AZ1012006628 dövlət qeydiyyat nömrəli səhmləri üzrə marketmeyker müqaviləsi bağlanılmışdır. Bu müqavilə ilə “Unicapital İnvestisiya Şirkəti” ASC adıçəkilən səhmlər üzrə təkrar bazara ticarətə buraxıldığı gündən etibarən gündəlik olaraq 7% və ondan çox olmayan qiymət dəhlizi çərçivəsində alış və satış qiymətlərini müəyyən edəcək, eyni zamanda Birjanın ticarət sistemində öz adından 50,000 (əlli min) AZN ekvivalentindən az olmayaraq alış və satış sifarişləri yerləşdirəcək.