Banklar


Mərkəzi Bankın dəstəyi ilə maliyyə sektorunda kibertəhlükəsizlik risklərinin idarə olunmasına dair təlimlər təşkil olunub
23.04.2026

20-21 aprel 2026-cı ildə Mərkəzi Bank dəstəyi ilə maliyyə sektorunun iştirakçıları üçün kibertəhlükəsizlik risklərinin idarə olunması mövzusunda təlimlər keçirilib.

Estoniyanın e-İdarəetmə Akademiyası (eGA) ilə birgə interaktiv formatda təşkil olunan sessiyaların məqsədi maliyyə sektorunda kibertəhlükəsizlik üzrə bilik və bacarıqların artırılması, eləcə də beynəlxalq təcrübənin paylaşılması olub.

Mərkəzi Bankın İnformasiya və kibertəhlükəsizlik departamentinin direktoru Elnur Eyvazlı kibertəhdidlər və risk mühiti, bu sahədə tətbiq olunan normativ çərçivə və rəqəmsal əməliyyat dayanıqlılığına dair tələblər barədə iştirakçıları məlumatlandırıb.

Təlimlər çərçivəsində kiberrisklərin idarə olunması üzrə müasir yanaşmalar, nəzarət və koordinasiya funksiyalarını həyata keçirən qurumların rolu, eləcə də sektor daxilində və beynəlxalq səviyyədə əməkdaşlıq imkanları müzakirə olunub. İştirakçılar üçün praktik məşğələlər təşkil edilib, real situasiyalar əsasında risklərin qiymətləndirilməsi və idarə olunması üzrə bacarıqların inkişafına diqqət yetirilib.

Təlim sessiyalarında Azərbaycan Banklar Assosiasiyası və maliyyə sektorunun nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, təlim Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Şərq Tərəfdaşlığı ölkələrində kiberdavamlılığın artırılmasını hədəfləyən beynəlxalq təşəbbüs çərçivəsində təşkil olunub.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment