Bakı Baş Gömrük İdarəsində “Yanğın təhlükəsizliyi sahəsində əməkdaşların bilik və bacarıqlarının artırılması, həmçinin fövqəladə hallarda düzgün davranış vərdişlərinin formalaşdırılması” mövzusunda təlim keçirilib.
Təlimdə yanğın təhlükəsizliyi, təxliyə qaydaları, fövqəladə hallarda düzgün davranış prinsipləri və ilkin yanğınsöndürmə vasitələri barədə məlumat verilib.
Həmçinin mümkün yanğın risklərinin vaxtında müəyyən edilməsi, qarşısının alınması, eləcə də hadisə baş verdiyi halda operativ və düzgün qərarların verilməsi ətraflı izah olunub.