Digər xəbərlər


"ASAN xidmət" süni intellekt təlimlərini icbari təlimlər siyahısına əlavə edib
23.04.2026

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən əməkdaşların rəqəmsal bacarıqlarının inkişafı istiqamətində süni intellekt üzrə icbari təlimlərə start verilib.

ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən təşkil olunan təlimlər bu günədək Bakı, Şuşa, Salyan şəhərlərində həyata keçirilib və mərhələli şəkildə digər regionlarda da davam etdirilir.

Əsas məqsəd əməkdaşların süni intellekt alətlərindən gündəlik və işgüzar fəaliyyətlərində səmərəli istifadəsini təmin etmək, iş proseslərini optimallaşdırmaq, qərarvermə sürətini və keyfiyyətini artırmaq, eləcə də rəqəmsal transformasiya proseslərinə uyğun bacarıqlar formalaşdırmaqdır.

Proqram çərçivəsində Agentliyin strukturunda fəaliyyət göstərən 5500-dək əməkdaşın mərhələli şəkildə bu təlimlərə cəlb olunması nəzərdə tutulur. Təlimlərdə iştirak edən əməkdaşlar süni intellekt alətlərinin praktiki tətbiqi, məlumatların effektiv idarə olunması, kontent yaradılması və iş proseslərinin avtomatlaşdırılması istiqamətində bilik və bacarıqlar əldə edirlər.

Bu təşəbbüs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 19 mart tarixində imzaladığı “Azərbaycan Respublikasında Süni İntellektin İnkişafına dair 2025–2028-ci illər üçün Strategiya” sənədində müəyyən edilmiş prioritetlərin davamı kimi həyata keçirilir.

"ASAN xidmət" innovativ inkişafı dəstəkləyən yanaşması çərçivəsində insan kapitalının inkişafını əsas prioritetlərdən biri kimi müəyyən edib. Əməkdaşların müasir çağırışlara uyğun yeni bilik və bacarıqlarla təmin edilməsi ilə dövlət xidmətlərinin keyfiyyətinin artırılmasına və vətəndaş məmnuniyyətinin davamlı yüksəldilməsinə töhfə verilir.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment