“Bakı Fond Birjası” QSC ilə “Paşa Kapital İnvestisiya Şirkəti” QSC arasında “Paşa Bank” ASC-nin AZ1012006628 dövlət qeydiyyat nömrəli səhmləri üzrə marketmeyker müqav
23.04.2026
21.04.2026-cı il tarixində “Bakı Fond Birjası” QSC ilə “Paşa Kapital İnvestisiya Şirkəti” QSC arasında “Paşa Bank” ASC-nin AZ1012006628 dövlət qeydiyyat nömrəli səhmləri üzrə marketmeyker müqaviləsi bağlanılmışdır. Bu müqavilə ilə “Paşa Kapital İnvestisiya Şirkəti” QSC adıçəkilən səhmlər üzrə təkrar bazara ticarətə buraxıldığı gündən etibarən gündəlik olaraq 7% və ondan çox olmayan qiymət dəhlizi çərçivəsində alış və satış qiymətlərini müəyyən edəcək, eyni zamanda Birjanın ticarət sistemində öz adından 50,000 (əlli min) AZN ekvivalentindən az olmayaraq alış və satış sifarişləri yerləşdirəcək.