Digər xəbərlər


Kollegiya iclasında xəzinədarlıq və maliyyə nəzarəti sahəsində görülən işlər müzakirə olunub
22.04.2026

Kollegiya iclasında xəzinədarlıq və maliyyə nəzarəti sahəsində görülən işlər müzakirə olunub

Aprelin 21-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində keçirilən növbəti Kollegiya iclasında Nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyi və Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən görülmüş işlər və növbəti dövr üçün qarşıda duran vəzifələr, eləcə də cari məsələlər müzakirə olunub.

Nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən iclasda maliyyə naziri, Kollegiyanın sədri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən ardıcıl, məqsədyönlü siyasət nəticəsində makroiqtisadi sabitlik gücləndirilib və maliyyə dayanıqlığı təmin edilib. Qeyd olunub ki, bu amillər dövlət büdcəsinin icrasına da müsbət təsir göstərib, gəlir və xərclər üzrə proqnozlar yerinə yetirilib.

2026-cı ilin yanvar-mart aylarında da dövlət büdcəsinin icrasında müsbət dinamikanın davam etdiyini deyən S.Babayev bildirib ki, ilin l rübü ərzində dövlət büdcəsi üzrə gəlirlər ümumilikdə 9,6 milyard manat olub ki, bu da proqnoza münasibətdə 5 faiz artımla icra deməkdir. Həmin dövr ərzində dövlət büdcəsinin xərcləri isə 7,8 milyard manatdan çox olub.

İclasda Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 2025-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr üzrə məruzə dinlənilib. Qeyd olunub ki, dövlət xəzinədarlığına daxil olmuş sənədlərin icra müddəti ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyədək sürətlənib, real vaxt rejimində dövlət xəzinədarlığının məlumatlarına çıxış imkanı təmin edən “Maliyyə Hesabatlılıq Portalı” yaradılıb və portal vasitəsilə istifadəçilərin operativ və dəqiq məlumatları vahid platforma üzərindən əldə etməsi hədəf kimi müəyyən edilib.

Eyni zamanda məlumat verilib ki, dövlət maliyyəsinin idarə olunmasında müasir texnologiyaların tətbiqi və rəqəmsallaşmanın sürətləndirilməsi məqsədilə Agentlik tərəfindən maliyyə əməliyyatlarının vahid mərkəzdən idarə olunması və operativlik təmin olunub.

İclasda bildirilib ki, artıq xəzinə əməliyyatları üzrə xidmət pasportlarının yaradılmasına başlanılıb. Bu məqsədlə Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər unifikasiya edilərək 75 adda xidmət əməliyyatı müəyyən olunub, 1000-dən çox prosesi əhatə edən, bütün xidmətləri özündə birləşdirən 12 xidmət pasportu və 1 təlimat hazırlanıb. Qeyd olunub ki, bu təşəbbüs büdcə təşkilatlarının maarifləndirilməsinə, proseslərin təkmilləşdirilməsinə, həmçinin pasportların bütün əməkdaşlar tərəfindən mənimsənilərək xəzinə əməliyyatlarında bələdçi rolunu oynamasına xidmət edir.

Kollegiyanın sədri Dövlət Xəzinədarlıq Agentliyinə elektron sistemlərin, o cümlədən “Maliyyə Hesabatlılıq Portalı”nın təkmilləşdirilməsi, büdcənin icrasına operativ nəzarətin gücləndirilməsi və vahid xəzinə hesabının qalığının real vaxt rejimində izlənilməsi imkanlarının genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsini tapşırıb. Eyni zamanda, xəzinə əməliyyatları üzrə vahid standartların tətbiqi, daxili nəzarət, monitorinq və hesabatlılıq mexanizmlərinin gücləndirilməsi, proseslərin təhlili və davamlı təkmilləşdirilməsi məqsədilə xidmət pasportlarının hazırlanması işlərinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

İclasda Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyəti müzakirə edilərək bildirilib ki, dövlət vəsaitlərinin səmərəli və təyinatı üzrə istifadəsinə nəzarətin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Aparılan yoxlamalar nəticəsində normativ hüquqi aktların tələblərinin pozulması halları, o cümlədən artıq və əsassız ödənişlər aşkar edilib və bu istiqamətdə müvafiq tədbirlər görülür.

Qeyd olunub ki, 2025-ci il və 2026-cı ilin birinci rübündə ­­­­157 nəzarət obyektində keçirilmiş yoxlamalar zamanı müəyyən olunan nöqsanlar aradan qaldırılıb, maliyyə pozuntuları bərpa olunub, vergidən yayınmış məbləğlərin dövlət büdcəsinə ödənilməsi təmin edilib, həmçinin ilkin maliyyə nəzarəti tədbirləri ilə artıq xərclənmələrin qarşısı alınıb. Eyni zamanda, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində inzibati və intizam tədbirləri görülüb, bir sıra hallarda materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub.

Kollegiya iclasında vurğulanıb ki, nəzarət tədbirlərinin effektivliyinin artırılması məqsədilə risk əsaslı yanaşma və müasir təhlil metodları geniş tətbiq olunur, “Rəqəmsal Dövlət Maliyyəsi İnformasiya Sistemi” və digər elektron platformalar üzərindən əldə olunan məlumatların inteqrasiyası gücləndirilir. Eyni zamanda, qanunvericiliyin təkmilləşdirilməsi, yeni nəzarət qaydalarının hazırlanması, institusional potensialın artırılması və kadr təminatının gücləndirilməsi istiqamətində sistemli işlər davam etdirilir.

S.Babayev dövlət maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsi, nəzarət tədbirlərinin səmərəliliyinin artırılması və risk əsaslı yanaşmanın genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsinin vacibliyini bildirib. Bu məqsədlə rəqəmsal informasiya sistemlərindən istifadənin genişləndirilməsi, maliyyə pozuntularının erkən aşkar edilməsi və qarşısının alınması üçün ilkin maliyyə nəzarəti mexanizmlərinin gücləndirilməsinin xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.

Nazir aşkar edilmiş maliyyə pozuntularının bərpası üzrə tədbirlərin effektivliyinin artırılması və bu istiqamətdə icraya nəzarətin gücləndirilməsi, habelə maliyyə nəzarəti tədbirlərinin aparılmasına dair yeni qaydaların və metodiki tövsiyələrin hazırlanması istiqamətində işlərin sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib. Qeyd olunub ki, Mərkəzləşdirilmiş İnformasiya İdarəetmə Sistemindən əldə olunan məlumatların müvafiq alt sistemdə icmallaşdırılaraq nəzarət tədbirlərinin planlaşdırılmasında istifadə olunması və elektron pilləli yoxlama sisteminin yaradılması nəzarət mexanizmlərinin operativliyinin və effektivliyinin artırılmasına, şəffaflığın gücləndirilməsinə mühüm töhfə verəcək.

Kollegiya iclasında həmçinin Maliyyə Nazirliyində tapşırıqların icra vəziyyəti və hesabatlarla bağlı məsələlərə dair təqdimat nümayiş etdirilib, müzakirələr aparılıb və qaldırılan məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment