Digər xəbərlər


İspaniya ilə iqtisadi tərəfdaşlıq genişləndirilir
21.04.2026

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin İspaniyaya səfəri çərçivəsində ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə birgə fəaliyyətin gücləndirilməsinə dair müzakirələr aparılıb, tərəfdaşlığa dair Yol Xəritəsi qəbul edilib.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İspaniyaya səfər edib. Səfər çərçivəsində İspaniya-Azərbaycan Dəyirmi Masası, İkinci İspaniya-Azərbaycan Strateji İqtisadi Dialoqu və İspaniya rəsmiləri ilə görüşlər keçirilib.

Madriddə İspaniya-Azərbaycan Dəyirmi Masası təşkil olunub. Tədbirdə hər iki ölkədən dövlət qurumları və şirkətlərin nümayəndələri iştirak ediblər.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycanın İspaniya ilə münasibətlərə önəm verdiyini vurğulayıb. Qeyd olunub ki, İspaniya ilə ticarət, investisiya, enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı, texnologiya, innovasiya və digər sahələr üzrə birgə fəaliyyətin genişləndirilməsi üçün böyük potensal mövcuddur. Ölkələrimizin bu potensialı real nəticələrə çevirməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycanın işgüzar mühiti haqqında da məlumat verilib. Bildirilib ki, ölkədə ticarət, istehsal və logistikanı dəstəkləyən investisiya platformaları fəaliyyət göstərir. Bu kontekstdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı yaxınlığında yerləşən Ələt azad iqtisadi zonası, sənaye zonaları, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sərmayədarlar üçün yaradılan imkanlar diqqqətə çatdırılıb.

İspaniyanın ticarət üzrə dövlət katibi Amparo Lopez Senovilla ikitərəfli iqtisadi münasibətlərin inkişafını yüksək qiymətləndirib, qarşılıqlı investisiya və biznes əlaqələrinin genişləndirilməsi barədə fikirlərini bölüşüb.

Dəyirmi Masada İspaniya Ticarət Palatasının baş direktoru İnmakulada Riera, İspaniya Sahibkar Təşkilatları Konfederasiyasının Beynəlxalq Əlaqələr Komissiyasının sədri Marta Blanko, Azərbaycanın İspaniyada səfiri Ramiz Həsənov Azərbaycan-İspaniya iqtisadi əlaqələrinin genişləndirilməsi imkanlarını qeyd ediblər.

Tədbirdə Azərbaycanın investisiya mühiti və biznes imkanları barədə təqdimat keçirilib, tərəfdaşlığın möhkəmləndirilməsinə dair müzakirələr aparılıb.

Azərbaycan nümayəndə heyətinin səfəri çərçivəsində İkinci İspaniya-Azərbaycan Strateji İqtisadi Dialoqu keçirilib. Tədbirdə vurğulanıb ki, İqtisadi Dialoq mexanizmi vasitəsilə ticarət dövriyyəsinin artırılması, investisiya axınının genişləndirilməsi və prioritet sahələr üzrə əməkdaşlığın gücləndirilməsi üçün əlverişli imkanlar var. Bununla yanaşı, tərəfdaşlığın gələcəkdə daha geniş institusional formatda inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Tədbirdə Azərbaycan Respublikası və İspaniya Krallığı arasında Strateji İqtisadi Dialoqun 2-ci iclasının Protokolu imzalanıb, həmçinin Protokolun əlavəsi olaraq ticarət, investisiya, nəqliyyat-tranzit və digər istiqamətlər üzrə tərəfdaşlığı nəzərdə tutan Yol Xəritəsi qəbul edilib.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin İspaniya Krallığının ticarət üzrə dövlət katibi Amparo Lopez Senovilla ilə görüşündə qarşılıqlı ticarət dövriyyəsinin artırılması, investisiya əməkdaşlığının genişləndirilməsi, biznes dairələri arasında əlaqələrin gücləndirilməsi və digər məsələlər haqqında müzakirələr aparılıb.

İspaniya Krallığının Deputatlar Palatasının İqtisadiyyat, Ticarət və Rəqəmsal Transformasiya Komitəsinin sədri Pedro Puy Fraga ilə müzakirələrdə parlamentlərarası əlaqələrin iqtisadi əməkdaşlığa töhfəsi qeyd olunub. Eyni zamanda, Azərbaycanın regionun strateji logistika və enerji qovşağı kimi rolu, Orta Dəhliz çərçivəsində imkanları, nəqliyyat bağlantıları və İspaniya şirkətləri üçün investisiya perspektivləri haqqında məlumat verilib.

İspaniyanın Rəqəmsal Transformasiya, Nəqliyyat və Dayanıqlı Mobillik, Kənd Təsərrüfatı, Balıqçılıq və Ərzaq nazirliklərinin nümayəndələri ilə görüş keçirilib. Görüşdə rəqəmsal iqtisadiyyatın inkişafı, dövlət idarəçiliyində məlumat əsaslı həllər, innovasiya ekosisteminin gücləndirilməsi, nəqliyyat-logistika və ərzaq təhlükəsizliyi üzrə təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Beynəlxalq Zeytun Şurasının icraçı direktoru Jaime Lillo Lopez ilə görüşdə Azərbaycanın qurum çərçivəsində fəaliyyəti, zeytunçuluq sahəsində beynəlxalq standartların tətbiqi, texniki əməkdaşlıq, sertifikatlaşdırma, ekspert dəstəyi və yerli istehsalçıların beynəlxalq bazarlara çıxış imkanları nəzərdən keçirilib.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment