Dövlət Gömrük Komitəsi və Norveç Krallığının Gömrük Xidməti arasında onlayn formatda görüş keçirilib.
“Səlahiyyətli İqtisadi Operator” (SİO) mövzusunda keçirilən görüşdə hər iki ölkənin gömrük xidmətlərinin nümayəndələri iştirak ediblər.
Görüşdə SİO-ların seçilməsi, qiymətləndirilməsi, uyğunluğunun təsdiqi və davamlı monitorinqi üzrə tətbiq edilən prosedurlar, SİO iştirakçılarına diferensial yanaşma mexanizmləri və gömrük nəzarəti çərçivəsində tətbiq olunan sadələşdirmə üstünlüklərinin praktik tətbiqi mövzularında təqdimatlar nümayiş etdirilib, hər iki ölkənin əldə etdiyi təcrübələrlə bağlı fikir mübadiləsi aparılıb.