Banklar


Bir-in də dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” uğurla başa çatdı
21.04.2026

İnnovasiya və davamlı inkişafı öz fəaliyyətinin mərkəzində tutan Bir ekosisteminin də sponsorluğu ilə keçirilən “Azərbaycan Biznes Keys Müsabiqəsi”nin (ABCC) 2026-cı il üzrə final mərhələsi uğurla yekunlaşıb. Gənclərin real biznes mühitinə hazırlanması və insan kapitalının inkişafı istiqamətində ölkənin ən nüfuzlu platformalarından biri olan bu layihə, yerli və qlobal bazarlar üçün yeni istedadların kəşf olunmasında əhəmiyyətli rol oynayır.

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin (AAA) təşkilatçılığı ilə baş tutan və tələbələrdə biznes analitikası, strategiya quruculuğu, eləcə də maliyyə təhlili bacarıqlarının inkişafına yönələn müsabiqənin final mərhələsi 5 aprel 2026-ci il tarixində keçirilib.

İnsan kapitalına strateji investisiya

Tədbirin rəsmi açılış mərasimində çıxış edən qonaqlar, o cümlədən Bir ekosisteminin nümayəndələri tərəfindən xüsusi olaraq vurğulanıb ki, bu cür irimiqyaslı təşəbbüslər sadəcə yarışma deyil, eyni zamanda ölkədə rəqabətədavamlı ekosistemin formalaşması üçün əsas təməl daşlarından biridir. Bir ekosistemi olaraq gənclərin potensialının üzə çıxarılması və onların qlobal standartlara cavab verən peşəkarlar kimi yetişdirilməsi qurumun uzunmüddətli korporativ strategiyasının ayrılmaz bir hissəsidir.

100 komandadan zirvəyə gedən yol

Yanvar ayında 100 komanda ilə start götürən intensiv layihə çərçivəsində müsahibələrdən uğurla keçən 26 komanda “Biznes Akademiyası” və ABCC sessiyalarına cəlb olunaraq peşəkar təlimlərdə iştirak edib, onlardan 12-si yarımfinala, ən güclü 4 komanda isə həlledici final mərhələsinə vəsiqə qazanıb.

Final mərhələsində gənc istedadlar tərəfindən hazırlanan innovativ və strateji biznes həlləri ekspertlərdən ibarət münsiflər heyətinə təqdim olunub. Gərgin və maraqlı mübarizənin yekununda ADA Universitetini təmsil edən 25 nömrəli komanda birinci yerin qalibi olaraq 8000 AZN məbləğində pul mükafatına layiq görülüb. İkinci yerə və 4000 AZN mükafata Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 49 nömrəli komandası, üçüncü yerə isə 2000 AZN mükafatla eyni ali təhsil müəssisəsinin 11 nömrəli komandası sahib çıxıb.

Əsası 2002-ci ildə əsası qoyulan və zəngin ənənələrə malik bu layihə gənclərin inkişafı naminə mühüm platformaya çevrilib. Bir təhsilə və innovasiyalara yatırılan sərmayənin dayanıqlı gələcəyin ən etibarlı qarantı olduğuna inanır. Şirkət qlobal investorlar və tərəfdaşlar şəbəkəsi ilə birlikdə Azərbaycanda bilik iqtisadiyyatının və rəqabətədavamlı insan kapitalının formalaşmasına töhfə verməyə davam edəcək.

Ölkənin ən böyük elektron ticarət platformalarından biri olan Birmarket-in Baş İcraçı direktoru vəzifəsinə Samir Məmmədov təyin olunub. O, daha öncə Azərbaycanın ilk irimiqyaslı elektron ödəmə sistemlərinin inkişafı ilə məşğul olan fintex startapı PashaPay-ə rəhbərlik edib. 

Bir ekosistemi ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10, Milliön və Bir Bonus brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Trendyol Azərbaycan və BakıKart kimi birgə müəssisələrlə əməkdaşlıq edərək müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Trendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir. Ətraflı məlumat üçün: bir.az/

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment