Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında “Risk idarəçiliyi və anderraytinq qərarları” mövzusunda növbəti Master Klass təşkil edilib.
Master klassda risklərin idarə olunması, anderraytinq prosesində qərarların verilməsi, risk səviyyəsinə uyğun tariflərin formalaşdırılması və praktiki yanaşmalar ətraflı şəkildə müzakirə olunub.
Master klassa şirkətlərdən və ali təhsil müəssisələrindən 15 nəfər iştirakçı qatılıb.
Master klassın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Master klass təlimçi-müəllim, anderrayter İlahə Ümidli tərəfindən həyata keçirilib.Qeyd etmək istərdik ki, ARPA yarandığı gündən etibarən ölkəmizdə maliyyə, mühasibatlıq, sığorta və risklərin idarə olunması sahələrində peşəkar mühitin inkişafına töhfə verməyi qarşısına məqsəd qoymuşdur. Bu istiqamətdə biz yalnız nəzəri biliklərin paylaşılması ilə kifayətlənmir, eyni zamanda praktik yönümlü təlimlər və layihələr vasitəsilə real sektorun ehtiyaclarına cavab verən fəaliyyət həyata keçirir.
Əlaqə vasitələri: 055 250 47 96
Email: office@arpa.org.az