Banklar


AccessBank-dan fərdi bankçılıqda yeni mərhələ: VIP Club rebrendinq edilərək “Private Banking”ə çevrildi
20.04.2026

AccessBank Azərbaycanda sahibkarlıq və pərakəndə bankçılıq sahəsində mövqeyini möhkəmləndirməklə yanaşı, fərdi bankçılıq istiqamətinin inkişafında yeni mərhələyə qədəm qoyduğunu elan edir.

2023-cü ildə istifadəyə verilmiş və fərdi bankçılıq xidmətləri təqdim edən VIP Club məhsulu bu gündən etibarən rebrendinq edilərək “Private Banking” adı altında fəaliyyətini davam etdirəcək.

Rebrendinq çərçivəsində “Private Banking” konsepsiyası daha da təkmilləşdirilərək müştərilərə fərdiləşdirilmiş yanaşma, yüksək səviyyəli xidmət və həyat tərzinə uyğun kompleks həllər təqdim etməyə yönəlib. Yeni yanaşma müştərilərin vaxtına qənaət edən, gündəlik prosesləri sadələşdirən və əlavə dəyər yaradan xidmət modelinə əsaslanır.

“AccessBank olaraq əsas prioritetimiz müştərilərimizə yalnız maliyyə xidmətləri təqdim etmək deyil, onların gündəlik həyatını asanlaşdıran, vaxtlarına qənaət edən və real dəyər yaradan həllər formalaşdırmaqdır. VIP Club-un “Private Banking” olaraq rebrendinqi bu istiqamətdə atdığımız növbəti strateji addımdır. İnanırıq ki, yenilənmiş konsepsiya ilə müştərilərimizə daha yüksək səviyyədə fərdiləşdirilmiş xidmət və premium bankçılıq təcrübəsi təqdim edəcəyik”, - bunu bankın İdarə Heyətinin üzvü, Baş Biznes İnzibatçısı Renat Hümbətov deyib.

Qeyd edilib ki, “Private Banking” artıq yalnız bank məhsulu deyil, eyni zamanda müştərilərlə uzunmüddətli və etibarlı tərəfdaşlığa əsaslanan xidmət modelidir. Son iki il ərzində bu yanaşma öz nəticəsini göstərib – Bankın premium müştəri seqmentində əhəmiyyətli artım qeydə alınıb. Bu müddət ərzində müştəri bazasında böyük artım müşahidə olunub ki, bu da təqdim olunan fərdi yanaşma və yüksək xidmət keyfiyyətinə olan etimadın göstəricisidir.

Hazırda “Private Banking” çərçivəsində müştərilərə depozit, kredit və investisiya həlləri ilə yanaşı, aviabiletlərin təşkili, viza dəstəyi, sığorta xidmətləri və eksklüziv tədbirlərə çıxış kimi qeyri-maliyyə üstünlükləri də təqdim olunur. Bu xidmətlər müştərilərin yalnız maliyyə deyil, ümumi həyat keyfiyyətinin artırılmasına yönəlib.

“Private Banking bizim üçün sadəcə bir xidmət modeli deyil – bu, müştərilərimizlə qurduğumuz etibarlı və uzunmüddətli tərəfdaşlığın ifadəsidir. Son iki il ərzində qazandığımız təcrübə göstərdi ki, fərdi yanaşma və yüksək xidmət keyfiyyəti müştərilər tərəfindən yüksək qiymətləndirilir. Yeni mərhələdə məqsədimiz bu yanaşmanı daha da inkişaf etdirərək, müştərilərimizə onların həyat tərzinə uyğun, dəyər yaradan və fərq yaradan həllər təqdim etməkdir”, deyə Private Banking məhsulunun rəhbəri Vüsalə Quliyeva bildirib. 


Yeni mərhələdə Bank premium tərəfdaş şəbəkəsinin genişləndirilməsini, müştərilərə daha çox fərdi imtiyazların təqdim olunmasını və xidmətlərin həyat tərzi yönümlü formatda inkişafını əsas prioritetlər kimi müəyyən edib.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment