KOBİA və Asiya İnkişaf Bankının nümayəndələri arasında KOB sahəsində əməkdaşlığın genişləndirilməsi və sahibkarlığın inkişafına yönəlmiş birgə layihələrin icrasına dair müzakirələr aparılıb.
Ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru Leah Gutierrez, bankın ölkə üzrə direktoru Sunniya Durrani-Camal və nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olublar.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Bakı KOB evi”nin nümayəndələri tərəfindən qonaqlara biznesə vahid məkanda xidmət mərkəzi olan KOB evi modeli, burada biznes subyektlərinə təqdim olunan “G2B” və “B2B” xidmətlər barədə ətraflı məlumat verilib. Dövlət və özəl qurumlar tərəfindən sahibkarlara xidmətlərin göstərilməsi prosesi, bu sahədə KOB evlərinin rolu ilə bağlı bankın nümayəndələri ilə fikir mübadiləsi aparılıb, sualları cavablandırılıb.
KOB evi ilə tanışlıq çərçivəsində həmçinin, KOBİA və Asiya İnkişaf Bankının nümayəndələri arasında KOB sahəsində əməkdaşlığın genişləndirilməsi, sahibkarlığın inkişafına yönəlmiş birgə layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparılıb.