Digər xəbərlər


Klasterləşmə – sahibkarlar üçün imkanlar və perspektivlər
17.04.2026

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Strateji inkişaf və innovasiyalar departamentinin müdir müavini Altun Yasinlinin müsahibəsini təqdim edirik. 

Klasterləşmə nədir və sahibkarlar üçün hansı imkanlar yaradır? 

KOB klaster –  eyni və ya oxşar iqtisadi fəaliyyət sahələrində, müəyyən coğrafi bölgədə yerləşmə əsasında yaranan, işçi qüvvəsini, vahid bazarı və xidmətləri bölüşən KOB klaster şirkəti və KOB klasteri iştirakçılarının birləşdiyi ekosistemdir. Bu ekosistem klaster daxilində əməkdaşlıq nəticəsində xərclərin optimallaşdırılmasına və istehsalın səmərəliliyinin artmasına səbəb olur. Eyni zamanda KOB klaster modeli müəssisələrarası sinerjini, resursların birgə istifadəsini və innovasiyaların mübadiləsini gücləndirərək ümumi məhsuldarlığı artırır və sözügedən müəssisələrin rəqabət qabiliyyətinin inkişafını təmin edir.

Klasterləşmə ilə bağlı ölkəmizdə hansı dövlət dəstəyi və güzəştlər var? 

Azərbaycan Respublikasının Vergi Məcəlləsində KOB klaster şirkəti və onun iştirakçısı üçün bir sıra vergi güzəştləri nəzərdə tutulur. Belə ki, KOB klaster şirkəti 7 il müddətinə mənfəət, KOB klasteri fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq və əmlak vergisindən azad olunur. Eyni zamanda təsdiqedici sənəd əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azad edilir. KOB klasterinin iştirakçısı olan şəxs isə 7 il müddətində KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal üzrə əldə etdiyi mənfəət və ya gəlirin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin mənfəət və ya gəlir vergisindən azad olunur.

Həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən KOB klasterinin funksional xəritəsinin və maliyyə-iqtisadi əsaslandırılmasının hazırlanmasına, KOB klasterinin iştirakçısının tapılmasına müvafiq dəstək göstərilir. 

“KOB klaster şəhadətnaməsi”ni əldə etmək üçün şərtlər və lazım olan sənədlər nədən ibarətdir?

Müvafiq qanunvericiliyə əsasən ilkin olaraq yaradılacaq KOB klaster çərçivəsində “KOB klaster şirkəti”nin qarşılıqlı surətdə asılı olmayan azı 10 mikro, kiçik və orta sahibkarlıq subyekti ilə təsərrüfat əqdlərini bağlaması və klaster üzrə hazırlanan məhsulun xammal və materialının dəyərinin 50%-nin klasterin iştirakçısı olan yerli istehsalçılardan təchiz edilməsi tələb olunur. Burada məqsəd klasterin inkişafında yerli istehsalın və KOB subyektlərinin rolunun artırılmasıdır. 

Eyni zamanda Azərbaycan Respublikasında istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsul yaradılması, istehlakın 50%-dən artıq hissəsinin idxal hesabına ödənilən məhsulun yaradılması və ya qonaqlama və yerləşdirmə xidmətlərinin (mehmanxana, motel, kempinq və s.) göstərilməsi “KOB klaster şirkəti”nin əsas meyarlarındandır. 

Həmçinin ölkə regionlarının investisiya potensialına uyğun olaraq “KOB klaster şirkəti”nin həyata keçirəcəyi layihə üzrə investisiyanın minimum həcmi müəyyən edilib. 

“KOB klaster şirkəti” və “KOB klasterin iştirakçısı” şəhadətnamələrini verən səlahiyyətli qurum KOBİA-dır. “KOB klaster şirkəti”nin yaradılması üçün kommersiya hüquqi şəxs müvafiq ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə yazılı və ya elektron formada KOBİA-ya müraciət etməlidir. KOB klasterin iştirakçısı olmaq istəyən KOB-lar isə klaster şirkəti ilə müqavilə bağlamalı və KOBİA-ya müraciət etməlidir. KOB klaster iştirakçılarına təqdim edilən şəhadətnamələr klaster iştirakçısı statusunu təsdiq edir və onlar da güzəştlərdən yararlanır. Klasterləşmə, KOB klasterin yaradılmasına dövlət dəstəyi, güzəştlər, KOB klaster şirkəti və onun iştirakçısı şəhadətnamələrini almaq üçün lazım olan sənədlər barədə məlumatı sahibkarlar KOBİA-nın 131 Çağrı Mərkəzinə müraciət edərək öyrənə bilərlər.

Klasterləşmədən mikro sahibkarlar necə faydalana bilər?

Mikro  sahibkarlar klaster daxilində tədarükçü, xidmət göstərən və ya logistika tərəfdaşı kimi iştirak edə bilərlər. Bu onların stabil sifariş portfeli əldə etməsinə kömək edir. Eyni zamanda klaster vasitəsilə daha böyük bazara çıxış əldə edir. Birgə marketinq fəaliyyəti məhsulların tanıdılmasını asanlaşdırır. Həmçinin ortaq infrastrukturdan istifadə xərcləri azaldır. Bu model mikro sahibkarların sürətlə böyüməsinə  əlverişli şərait yaradır.

Hansı sektorlarda klasterlərin yaradılması səmərəli olar? 

KOBİA tərəfindən ölkəmizin iqtisadi rayonları üzrə malik olduqları təbii resurslar və ixtisaslaşmış istehsal potensialları əsas götürülərək KOB klaster potensialının müəyyənləşdirilməsi üçün müvafiq araşdırma aparılıb. Araşdırma göstərir ki, ölkəmizdə aqrar emal, turizm, tullantıların təkrar emalı sahələrində KOB klasterlərin yaradılması daha səmərəlidir. 

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında hansı sahələrdə klasterlər qurmaq olar?

Bu iqtisadi rayonlarda aqrar emal yönümlü klasterlərin yaradılması üçün böyük potensial var. Eyni zamanda turizm və otelçilik sahəsində klaster modeli regionun iqtisadi dirçəlişinə töhfə verə bilər. 

Azərbaycanda mövcud KOB klaster şirkətləri barədə bir qədər ətraflı məlumat verməyinizi xahiş edirik. 

Azərbaycanda artıq iki şirkətə “KOB klaster şəhadətnaməsi” verilib. İlk KOB klaster şirkəti “Frutena KOB klaster şirkəti” MMC-dir və həmin şirkət Qubada təbii meyvə konsentratı istehsal edəcək. Zavod 4 hektar ərazidə yerləşir. Burada illik 4 min ton alma konsentratının istehsal edilməsi nəzərdə tutulur ki, bunun üçün 28-30 min ton almadan istifadə olunması proqnozlaşdırılır. KOB klaster şirkətinin fəaliyyəti üçün nəzərdə tutulan 15 milyon manat investisiyanın 80%-i artıq zavodun fəaliyyətə başlaması üçün sərf olunub. Layihə çərçivəsində ilkin mərhələdə 50 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır. Burada tikinti-quraşdırma işləri artıq yekunlaşmaqda və avadanlıqların quraşdırılması işləri aparılmaqdadır. 

Sumqayıtda fəaliyyət göstərəcək “Naturaoil KOB klaster şirkəti” MMC isə nəqliyyat vasitələrinin (avtomobil, yük maşınları, qatarlar, gəmilər) mühərrikləri üçün hidrorefinasiya olunmuş sürtkü yağı istehsal edəcək. Bu məqsədlə 0,7 hektar ərazidə qurulacaq zavodda əsasən yerli xammaldan, xüsusilə tullantı sürtkü yağlarından istifadə edilərək müasir tələblərə cavab verən ekoloji təmiz sürtkü yağları istehsal olunacaq.  Layihə çərçivəsində sahibkar tərəfindən ilkin mərhələdə 3 milyon manat, ümumilikdə isə 5,8 milyon manat həcmində investisiya yatırılacağı nəzərdə tutulur. İlkin mərhələdə 30-a yaxın iş yerinin yaradılması planlaşdırılır. 

Hər iki KOB klaster şirkətinin fəaliyyəti nəticəsində KOB-larla əməkdaşlıq və birgə fəaliyyət idxalın azalmasına, rəqabətqabiliyyətli məhsulların istehsalının genişlənməsinə, eyni zamanda ixrac imkanlarının artmasına töhfə verəcəkdir. 

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment