Digər xəbərlər


Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin görüşü keçirilib
17.04.2026

Aprelin 16-da Belçika Krallığının paytaxtı Brüssel şəhərində Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin görüşü öz işinə başlayıb. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Avropa regionuna daxil olan 52 üzv dövlətin gömrük xidmətləri rəhbərlərinin, ÜGT Katibliyinin nümayəndələrinin və özəl sektor təmsilçilərinin bir araya gəldiyi görüşdə regional əməkdaşlığın gücləndirilməsi, institusional inkişafın sürətləndirilməsi və ÜGT-nin strateji prioritetlərinə uyğun fəaliyyət istiqamətlərinin müəyyən edilməsinə dair məsələlər müzakirə edilir.

Ümumdünya Gömrük Təşkilatının Baş katibi çıxışında 2026-cı il üzrə Avropa regionu gömrük rəhbərlərinin Brüsseldə keçirilən görüşünün region ölkələri arasında dialoqun gücləndirilməsi, ortaq maraq kəsb edən məsələlərin müəyyənləşdirilməsi və regional səviyyədə əldə olunmuş nəticələrin qiymətləndirilməsi baxımından mühüm rol oynadığını vurğulayıb. Bildirilib ki, görüş ÜGT-nin iyun ayında keçiriləcək Şura sessiyalarına hazırlıq üçün, eləcə də  təşkilatın Strateji Planı çərçivəsində ticarətin asanlaşdırılması, modernləşmə və təchizat zəncirinin təhlükəsizliyi kimi istiqamətlər üzrə əldə olunan irəliləyişlərin müzakirəsinə əlverişli şərait yaradır. Baş katib, həmçinin ÜGT-nin fəaliyyətinin üzv ölkələrin gözləntilərinə uyğun şəkildə davam etdiyini, yeni təşəbbüslərin strateji hədəflərlə uzlaşdırıldığını və idarəetmə, kommunikasiya, eləcə də texnoloji inkişaf sahələrində mühüm addımların atıldığını diqqətə çatdırıb.

Eyni zamanda, iştirakçılar rəqəmsallaşma, süni intellekt əsaslı idarəetmə, elektron ticarətin sürətli inkişafı, məlumat keyfiyyətinin artırılması və risklərin effektiv idarə olunması kimi sahələrdə region daxilində daha sıx əməkdaşlığın vacibliyini vurğulayıblar.

Görüş çərçivəsində ÜGT-nin Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin fəaliyyəti və gələcək inkişaf perspektivləri də geniş müzakirə olunub. Bildirilib ki, sözügedən ofis region üzrə potensialın gücləndirilməsi sahəsində əsas əlaqələndirici platforma kimi çıxış edərək üzv dövlətlər arasında bilik və təcrübə mübadiləsinin təşkili, qabaqcıl təcrübələrin paylaşılması və institusional imkanların artırılması baxımından mühüm rol oynayır.

Tədbirdə, həmçinin gömrük orqanları ilə özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi məsələsi, eləcə də region üzrə Özəl Sektor Məsləhətçi Qrupunun yaradılması təşəbbüsü müzakirə olunur. Bu təşəbbüsün transsərhəd ticarətin səmərəli təşkili, risklərin daha effektiv idarə olunması və innovativ yanaşmaların tətbiqi baxımından əlavə imkanlar yaradacağı qeyd edilib.

Bununla yanaşı, ÜGT-nin idarəedici orqanlarında regionun təmsil olunması, o cümlədən Siyasi Komissiya, Maliyyə və Audit Komitələri üzrə seçkilər, həmçinin Bergen Razılaşması çərçivəsində təmsilçilik mexanizmlərinin təkmilləşdirilməsi məsələləri də gündəlikdə yer alır.

İki gün davam edəcək görüşün yekununda müzakirə edilən məsələlər üzrə ortaq yanaşmaların formalaşdırılması, regional əməkdaşlığın daha da dərinləşdirilməsi və ÜGT platformasında Avropa regionunun mövqeyinin gücləndirilməsi istiqamətində növbəti addımların müəyyən edilməsi gözlənilir.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment