Neft və qaz


Üç suveren fond “Galaxy Orientis” Çin - ASEAN İnvestisiya Platformasının yaradılmasında iştirak edib
16.04.2026

ARDNF, Çin İnvestisiya Korporasiyası və İndoneziya İnvestisiya Qurumu tərəfindən Çin–ASEAN İnvestisiya Platforması üzrə ilkin mərhələdə 520 milyon ABŞ dolları həcmində vəsait cəlb olunub

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF), Çin İnvestisiya Korporasiyası və İndoneziya İnvestisiya Qurumu birgə “Galaxy Orientis” Çin–ASEAN İnvestisiya Platformasını (“CAIP” və ya Proqram) təsis etmişdir. Sözügedən platforma Çin və ASEAN regionu arasında uzunmüddətli investisiya imkanlarının reallaşdırılmasına yönəlmiş suveren özəl kapital platformasıdır. Proqram çərçivəsində ilkin mərhələdə təxminən 520 milyon ABŞ dolları məbləğində vəsait cəlb olunmuş, ümumi hədəf həcmi isə 1 milyard ABŞ dolları olaraq müəyyən edilmişdir.

Platforma Çin və ASEAN regionu arasında kapital axınlarının təşviqi və sənaye əməkdaşlığının gücləndirilməsi məqsədilə üç suveren fondun birgə idarəetmə mexanizmi əsasında fəaliyyət göstərir. Çin - ASEAN ticarət əlaqələrinin dərinləşməsi və Cənub-Şərqi Asiyada təchizat zəncirlərinin yenidən formalaşması fonunda Proqram sənaye, səhiyyə, istehlak, biznes xidmətləri və texnologiya kimi sahələrdə yüksək keyfiyyətli investisiya imkanlarının dəyərləndirilməsini hədəfləyir.

Proqramın baş tərəfdaşı qismində çıxış edən “China Galaxy Securities” şirkətinin beynəlxalq əməliyyatlar üzrə törəmə qurumu – “CGS International Securities Pte. Ltd.” region üzrə geniş təcrübə, əməliyyat infrastrukturu və Cənub-Şərqi Asiyada mövcud şəbəkələri ilə platformanın fəaliyyətinə dəstək verir.

Çin İnvestisiya Korporasiyasının İdarə Heyətinin sədri və baş icraçı direktoru Jan Çinqson (ZhangQingsong) bildirib:“Çin İnvestisiya Korporasiyası, tərəfdaşlarımız olan İndoneziya İnvestisiya Qurumu və ARDNF ilə birlikdə “Galaxy Orientis” Çin - ASEAN İnvestisiya Proqramını ASEAN regionunun iqtisadi inkişaf perspektivlərinə olan möhkəm inamımıza və Çin - ASEAN əməkdaşlığının geniş potensialına əsaslanaraq həyata keçirir. Hesab edirik ki, ASEAN bazarına yönəlmiş yüksək keyfiyyətli şirkətlərə investisiya yatırmaqla Fond yalnız dayanıqlı maliyyə gəlirləri əldə etməyəcək, eyni zamanda regionda iqtisadi inkişafın təşviqinə töhfə verəcəkdir. Bu təşəbbüs, Çin İnvestisiya Korporasiyasının həmçinin, Çin suveren sərvət fondu kimi üstünlüklərindən istifadə edərək tərəfdaşlarla birgə qlobal investisiya imkanlarını dəyərləndirmək istiqamətində davamlı səylərinin bir hissəsidir.”

İndoneziya İnvestisiya Qurumunun müvəqqəti baş icraçı direktoru Eddi Porvanto bildirib: “Bu Proqram Çin–Cənub-Şərqi Asiya iqtisadi dəhlizi üzrə xüsusi investisiya platformasının yaradılması istiqamətində mühüm strateji addımdır. Bu, İndoneziya İnvestisiya Qurumunun bu proqram çərçivəsində digər investisiya fondlarına yatırım edən özəl kapital fond strukturuna ilk investisiyasıdır və yüksək keyfiyyətli investisiya imkanlarının reallaşdırılmasında strateji tərəfdaş kimi rolumuzu əks etdirir. Platforma vasitəsilə İndoneziya İnvestisiya Qurumu aparıcı qlobal institusional investorlarla əməkdaşlıq edərək uzunmüddətli kapitalın, eləcə də qlobal təcrübə və şəbəkələrin İndoneziyada dayanıqlı inkişafı və iqtisadi dəyərin yaradılmasını dəstəkləyən sahələrə yönəldilməsini hədəfləyir.”

ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədov bildirib:“ARDNF Çin–ASEAN İnvestisiya Proqramı çərçivəsində Çin İnvestisiya Korporasiyası və İndoneziya İnvestisiya Qurumu ilə tərəfdaşlıqdan məmnunluq duyur. Bu platforma suveren fondlar arasında əməkdaşlığın genişləndirilməsi və dünyanın ən dinamik iqtisadi istiqamətlərində yeni imkanlara çıxışın təmin olunması baxımından strategiyamızın mühüm mərhələsidir. Tərəfdaşların təcrübəsi və uzunmüddətli kapital imkanları hesabına Çin ilə Cənub-Şərqi Asiya arasında sürətlə inkişaf edən ticarət əlaqələri və təchizat zəncirlərinin inteqrasiyasının yaratdığı imkanlardan daha səmərəli şəkildə yararlana biləcəyik. Eyni zamanda, bu əməkdaşlıq ARDNF-nin investisiya portfelinin daha da şaxələndirilməsinə töhfə verəcəkdir.”

“CGS International” şirkətinin İdarə heyətinin sədri Vu Penq bildirib:“CGS International” Cənub-Şərqi Asiya regionu üzrə geniş təcrübəsini və formalaşmış tərəfdaş şəbəkəsini bu Proqramın həyata keçirilməsinə səfərbər edəcəkdir. Bu, regionda yüksək artım potensialına malik sahələrdən və artan investor marağından daha səmərəli şəkildə yararlanmağa imkan verəcəkdir. Çin İnvestisiya Korporasiyası, İndoneziya İnvestisiya Qurumu və ARDNF-yə bizə göstərilən etimada görə təşəkkür edirik. Biz regionun xüsusiyyətlərini və mövcud imkanları nəzərə alaraq tərəfdaşlarımıza dəstək göstərməyə hazırıq.”

Fondun yaradılması ilə bağlı imzalanma mərasimi 13 aprel tarixində Çin Xalq Respublikasının Pekin şəhərində keçirilmişdir. Mərasimdə tərəfləri müvafiq olaraq Çin İnvestisiya Korporasiyasının icraçı vitse-prezidenti və baş investisiya direktorunun müavini Jan Şaoçinq (Zhang Shaoqing), İndoneziya İnvestisiya Qurumunun baş investisiya direktoru Kristofer Qanis, ARDNF-nin İnvestisiya departamentinin direktoru Fərhad Zeynalov, həmçinin “China Galaxy Securities” şirkətinin İcraiyyə Komitəsinin üzvü, biznes direktoru və “CGS International“ şirkətinin İdarə Heyətinin sədri Vu Penq təmsil etmişdir.

Çin İnvestisiya Korporasiyası haqqında

2007-ci ildə təsis edilmiş və baş ofisi Pekində yerləşən Çin İnvestisiya Korporasiyası Çinin valyuta ehtiyatlarının şaxələndirilməsi məqsədilə yaradılmışdır və dünyanın ən iri suveren sərvət fondlarından biridir. 2024-cü ilin sonuna Çin İnvestisiya Korporasiyasının ümumi aktivlərinin həcmi 1,57 trilyon ABŞ dolları təşkil etmişdir.

Çin İnvestisiya Korporasiyası beynəlxalq bazar prinsiplərinə əsaslanan professional yanaşma ilə fəaliyyət göstərir, eyni zamanda ehtiyatlı, məsuliyyətli və peşəkar investisiya prinsiplərinə sadiqdir. Fondun xarici investisiya fəaliyyəti səhmlər və istiqrazlar üzrə investisiyaları, hedc fondları və multi-aktiv strategiyaları, özəl kapital və özəl kredit investisiyalarını, daşınmaz əmlak, infrastruktur, təbii resurslar və kənd təsərrüfatı kimi sahələrdə birbaşa və fond vasitəsilə investisiyaları, eləcə də ikitərəfli və çoxtərəfli fondların idarə olunmasını əhatə edir.

İndoneziya İnvestisiya Qurumu haqqında

İndoneziya İnvestisiya Qurumunu ölkənin davamlı inkişafını dəstəkləmək və gələcək nəsillər üçün sərvət formalaşdırmaq məqsədilə fəaliyyət göstərən suveren sərvət fondudur.

İndoneziya İnvestisiya Qurumu ölkənin rəqabət üstünlüklərini gücləndirən və risklər nəzərə alınmaqla optimal gəlirlilik təmin edən sahələrdə investisiya fəaliyyətini həyata keçirir, eyni zamanda aparıcı yerli və beynəlxalq investisiya institutları ilə əməkdaşlıq edir.

Ətraflı məlumat üçün: www.ina.go.id

ARDNF haqqında

1999-cu ildə təsis edilmiş ARDNF ölkənin neft və qaz gəlirlərinin toplanması və səmərəli idarə olunmasını təmin edən suveren sərvət fondudur. Fondun əsas məqsədi əldə olunan gəlirlərin uzunmüddətli və dayanıqlı şəkildə idarə olunaraq gələcək nəsillər üçün qorunması və artırılmasıdır. Hazırda məcmu aktivlərinin həcmi 70 milyard ABŞ dollarından çox olan ARDNF borc öhdəlikləri və pul bazarı alətləri, səhmlər, qızıl, daşınmaz əmlak və infrastruktur kimi müxtəlif sahələri əhatə edən, qlobal miqyasda geniş diversifikasiya olunmuş investisiya strategiyası həyata keçirir.

“China Galaxy Securities” və “CGS International” haqqında

“China Galaxy Securities”(“CGS”) Çində aparıcı investisiya banklarından biri olmaqla, dünya üzrə 20 milyondan artıq müştəriyə xidmət göstərir və idarəetməsində olan aktivlərin həcmi 6 trilyon RMB-ni (Renminbi – Çin pul vahidi) ötür. Şirkət Çində ən geniş filial şəbəkələrindən birinə malikdir və Asiya regionunda geniş fəaliyyət coğrafiyası ilə təmsil olunur.

“CGS International Securities Pte. Ltd.” (“CGS International”) “CGS”-in beynəlxalq fəaliyyətini həyata keçirən törəmə qurumudur və şirkətin qlobal biznesinin inkişafına məsuldur. “CGS”-in güclü institusional bazasına və qlobal, eləcə də ASEAN regionu üzrə dərin bazar biliklərinə əsaslanaraq, “CGS International” qiymətli kağızlarla ticarət, aktivlərin idarə edilməsi, investisiya bankçılığı, analitik tədqiqat xidmətləri, sabit gəlirli alətlər, valyuta və əmtəə əməliyyatları, strukturlaşdırılmış maliyyə məhsulları və broker xidmətləri daxil olmaqla geniş xidmətlər təqdim edir. Şirkət 10-dan artıq ölkə və regionda fəaliyyət göstərir.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment