Digər xəbərlər


Ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeync tariflərinə dəyişiklik edilib
15.04.2026

Mərkəzi Bankın İdarə Heyətinin 18 mart 2026‑cı il tarixli 12/1 nömrəli Qərarı ilə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı həddi təsdiq edilib, eyni zamanda, Ani Ödənişlər Sistemi (AÖS) üzrə ödənişlərdə tətbiq olunan interçeync tarifləri ödəniş kartları üzrə müəyyən edilmiş interçeyncin yuxarı hədləri ilə eyniləşdirilib.

Dəyişikliklərə əsasən, hazırda qüvvədə olan tariflərlə müqayisədə ödəniş kartları üzrə interçeyncin yuxarı hədləri müvafiq təsərrüfat subyektlərinin fəaliyyət sahələri üzrə 0.25% bəndi aşağı salınıb. Əsas hədəf ekvayerlərin xərclərini azaltmaqla nağdsız ödənişlərin qəbulu üzrə təsərrüfat subyektlərinə tətbiq olunan xidmət haqqının aşağı salınmasına şərait yaratmaqdır.

AÖS üzərindən emal olunan QR kod əsaslı ödənişlər vasitəsilə təsərrüfat subyektlərinin nağdsız ödənişlərin qəbulu ilə bağlı olan xərclərinin azaldılması, ödəniş xidmətlərinə əlçatanlığın artırılması və hesab əsaslı ödənişlərin tətbiq dairəsinin genişləndirilməsi hədəflənir. QR kod ödənişlərindən istifadənin artırılması alternativ ödəniş həllərinin formalaşmasına, nəticə etibarilə ödəniş bazarında rəqabətliliyinin yüksəlməsinə zəmin yaradacaq.

Ümumilikdə Mərkəzi Bank tərəfindən interçeync tariflərinin tənzimlənməsi zamanı həm təsərrüfat subyektlərinin, həm də emitent və ekvayerlərin maraqları gözlənilir və nağdsız ödənişlərin qəbulu üzrə xərclər optimallaşdırılmaqla balanslı siyasət tətbiq edilir.

Qeyd edək ki, AÖS-ün xidmət haqqı tarifləri üzrə dəyişikliklər 2026-cı il mayın 1-dən, ödəniş kartları üzrə təsdiq edilmiş interçeyncin yuxarı hədləri isə 2026-cı il iyunun 1-dən qüvvəyə minir.

2026-cı il mayın 1-dən tətbiq ediləcək AÖS xidmət haqqı tariflərini bu linkdən nəzərdən keçirə bilərsiniz:

https://uploads.cbar.az/assets/a3b39b3d77cd0dc2253dbc7ae.pdf

“Ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi”nə dair qərarla bu linkdən tanış ola bilərsiniz:

https://uploads.cbar.az/assets/90fe3b6961dc76e51b45b9176.pdf

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment