Digər xəbərlər


Azərbaycan və Dünya Bankı enerji sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
15.04.2026

Azərbaycan və Dünya Bankı enerji sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Aprelin 15-də Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Anar Kərimov Dünya Bankının enerji üzrə baş mütəxəssisləri, hazırkı tapşırıq qrupunun rəhbəri Rocer Koma Kunilin və yeni tapşırıq qrupunun rəhbəri Sameh Mobarekin təmsil olunduğu Enerji sektoru üzrə missiya heyəti ilə görüşüb.

Görüşdə Dünya Bankının “Bərpa olunan Enerji Mənbələrinin Şəbəkəyə İnteqrasiyası (AZURE)” layihəsinin icrası ilə bağlı Azərbaycana göstərdiyi dəstək, eləcə də Azərbaycan hökuməti ilə Dünya Bankı arasında tərəfdaşlıq çərçivəsində həyata keçirilən texniki yardım üzrə əldə olunmuş nəticələr müzakirə edilib.

Anar Kərimov Azərbaycan ilə Dünya Bankı arasında 30 ildən artıq davam edən uğurlu əməkdaşlığın Bankı ölkəmizin əsas inkişaf tərəfdaşlarından birinə çevirdiyini qeyd edib. O, bu əməkdaşlıq çərçivəsində strateji əhəmiyyət daşıyan AZURE layihəsinin “Masdar” şirkəti tərəfindən inşa edilən 1 QVt gücündə günəş və külək elektrik stansiyalarının milli enerji sisteminə inteqrasiyasını təmin etməklə ötürücü şəbəkənin gücləndirilməsinə mühüm töhfə verdiyini bildirib.

“AZURE” layihəsi çərçivəsində Batareya Enerji Saxlama Sistemlərinin (BESS) maliyyələşdirilməsi perspektivinə toxunan maliyyə nazirinin birinci müavini bu təşəbbüsün şəbəkə çevikliyinin artırılması, bərpa olunan enerji mənbələrinin daha geniş miqyasda inteqrasiyası və ümumi şəbəkə dayanıqlığının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Öz növbəsində Dünya Bankının nümayəndələri ölkəmizlə enerji sektorunda əməkdaşlıqdan məmnunluqlarını ifadə edərək, elektrik şəbəkəsinin modernləşdirilməsi, tarif islahatları və dənizdə külək enerjisinin inkişafı istiqamətlərində texniki dəstəyin davam etdiriləcəyini qeyd ediblər. Eyni zamanda, texniki yardım nəticələrinin daha dayanıqlı və səmərəli investisiya layihələrinə çevrilməsinin, eləcə də aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Görüş zamanı, həmçinin, növbəti mərhələdə prioritet investisiya istiqamətlərinin müəyyənləşdirilməsi, bərpa olunan enerji layihələrinin inkişafı və Bank ilə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment