Banklar


RABİTƏBANK 2026-CI İLİN I RÜBÜ ÜZRƏ MALİYYƏ GÖSTƏRİCİLƏRİNİ AÇIQLAYIB
15.04.2026

Nəticələrə əsasən qeyd edək ki, bank əsas göstəricilər üzrə artım dinamikasını qoruyub saxlayıb. 2026-cı ilin ilk üç ayı ərzində Rabitəbankın faiz gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 23 % artaraq 38 milyon 292 min manata, qeyri-faiz gəlirləri isə 16.8% artaraq 11 milyon 101 min manatı ötüb. 

Rüb ərzində Bank 5,1 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.4% artım deməkdir. Bankın aktivləri isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16.4% artaraq 1 milyard 395 milyon 269 min manata çatıb.

KREDİT PORTFELİNDƏ ARTIM DİNAMİKASI

Hesabat dövründə Bankın strateji hədəflərinə uyğun olaraq biznes kreditlərinin həcmi əhəmiyyətli dərəcədə artaraq, ümumi kredit portfelində payını yüksəltməkdə davam edib. Bankın kredit portfeli böyüyərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% artıb. Nəticədə ümumi kredit portfeli 944 milyon 275 min manata yüksəlib. 

Kredit portfelinin əsas hissəsini biznes kreditləri təşkil edir. Belə ki, ötən ilin cari dövrü ilə müqayisədə biznes kreditləri portfeli 3.6% artaraq 417 milyon 583 min manata, o cümlədən, istehlak kreditləri portfeli 12% artaraq 340 milyon 545 min manata, ipoteka kreditləri isə 11.7% artaraq 186 milyon 147 min manata çatıb. 

ƏMANƏT PORTFELİNDƏ MÜSBƏT NƏTİCƏLƏR

Bankın əmanət portfeli üzrə göstəricilər müsbət dinamikanı qoruyub saxlayır. Belə ki, ümumi əmanət portfeli ötən ilin analoji dövrü ilə müqayisədə 21.2% artaraq 836 milyon 293 min manata yüksəlib. Xüsusilə fiziki şəxslər üzrə əmanətlərdə nəzərəçarpacaq artım müşahidə olunub. Bu seqment üzrə əmanətlər 32.7% artaraq 622 milyon 846 min manata çatıb ki, bu da müştərilərin Banka olan etimadının daha da gücləndiyini göstərir.

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment