Aprelin 14-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov Mentorluq Proqramı çərçivəsində beşinci "Yüksəliş" müsabiqəsinin qalibləri Fərid Hüseynov və İrşad Əsgərxanlı ilə görüş keçirib.
Görüşdə peşəkar gənc kadrlara yaradılan imkanlar, onların potensialının gücləndirilməsi, o cümlədən liderlik və idarəçilik bacarıqlarının təkmilləşdirilməsi baxımından “Yüksəliş” müsabiqəsinin əhəmiyyəti vurğulanıb, həmçinin qaliblərin maraq dairələri, fərdi inkişaf planları, karyera hədəfləri, gələcək fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb.