Digər xəbərlər


AİB ilə birgə layihələr və yeni təşəbbüslər müzakirə edilib
14.04.2026

Aprelin 14-də maliyyə naziri, Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə rəhbəri Sahil Babayev ölkəmizdə səfərdə olan bankın Mərkəzi və Qərbi Asiya Departamentinin baş direktoru xanım Leah Gutierrezin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, xüsusilə bankın maliyyə və texniki dəstəyi çərçivəsində icra olunan və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə olunub.

Nazir Sahil Babayev bildirib ki, Azərbaycan AİB ilə tərəfdaşlığa böyük önəm verir və bu əməkdaşlıq çərçivəsində bank tərəfindən maliyyələşdirilən layihələr və göstərilən maliyyə-texniki dəstək ölkənin dayanıqlı sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Qeyd edilib ki, AİB ilə əməkdaşlıq çərçivəsində indiyədək 145 layihə üzrə təxminən 5.5 milyard ABŞ dolları həcmində maliyyələşmə həyata keçirilib və bu tərəfdaşlığın davamı olaraq 2025–2029-cu illəri əhatə edən Ölkə Tərəfdaşlıq Strategiyası milli inkişaf prioritetlərinə uyğun şəkildə formalaşdırılıb.

Azərbaycanın AİB ilə əməkdaşlıqda iqtisadi diversifikasiya, yaşıl və davamlı inkişaf, eləcə də inklüziv artım kimi prioritetləri ön plana çəkdiyini vurğulayan nazir ölkəmizin Asiya İnkişaf Fonduna 2021–2027-ci illər üzrə töhfələr verən fəal tərəfdaş kimi çıxış etdiyini bildirib. Eyni zamanda, makroiqtisadi sabitliyin gücləndirilməsi, fiskal intizamın artırılması, dövlət maliyyə idarəetməsinin təkmilləşdirilməsi, orta müddətli xərclər çərçivəsinin tətbiqi, şəffaflıq və idarəetmənin yaxşılaşdırılması, eləcə də dövlət müəssisələrinin səmərəliliyinin artırılması və özəl sektorun iqtisadiyyatda iştirakının genişləndirilməsi istiqamətində aparılan ardıcıl islahatlar diqqətə çatdırılıb.

Öz növbəsində, xanım L.Gutierrez Azərbaycanla əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, ölkəmizin xüsusilə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı çərçivəsində fəal iştirakını yüksək qiymətləndirib. O, ticarət, nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsinin regionda iqtisadi inteqrasiyanın dərinləşməsi və dayanıqlı inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Görüş zamanı, həmçinin nəqliyyat bağlantıları, su təchizatı və kommunal infrastrukturun modernləşdirilməsi, yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tərəflər özəl sektorun inkişafı, xüsusilə kiçik və orta sahibkarlığın maliyyəyə çıxış imkanlarının genişləndirilməsi, kapital bazarlarının inkişafı və dövlət-özəl tərəfdaşlıq mexanizmləri (PPP) vasitəsilə investisiyaların cəlb edilməsi sahələrində birgə fəaliyyət imkanlarının genişləndirilməsinin vacibliyini qeyd ediblər.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment