Banklar


Unibank birinci rübün maliyyə nəticələrini açıqladı
14.04.2026

Unibank KB 2026-cı ilin birinci rübünün maliyyə nəticələrini açıqlayıb. Bank əsas maliyyə göstəriciləri üzrə müsbət nəticələr əldə edib. 

Hesabat dövründə bankın məcmu gəlirlərinin cəmi 105 milyon manata çatıb. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20 milyon manat artım deməkdir. Bu dövrə əməliyyat mənfəəti 11 milyon manat, xalis mənfəət isə 8,1 milyon manat təşkil edib.

Bankın kapital və aktiv bazasında yüksək artım qeydə alınıb. Məcmu kapital 33 % artaraq, 240 milyon manata çatıb. Aktivlərin həcmi isə 393 milyon manat artaraq 2,2 milyard manata yaxınlaşıb.

Son bir il ərzində bank kapital adekvatlılığı əmsalını xeyli yüksəldib. Bu göstərici 31 mart 2026-cı il tarixə 14,32 % təşkil edib. 

Unibank KB ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib ki, bank 2026-cı ilin ilk rübünü əhəmiyyətli nəticələrlə başa vurub: Bottom of Form

 “Bu ilin ilk rübü bizim üçün yeni strateji mərhələnin başlanğıcı oldu. Əldə etdiyimiz nəticələr seçdiyimiz inkişaf istiqamətinin düzgün olduğunu təsdiqləyir. 2026-cı il yeni 3 illik strategiyanın ilk ilidir və biz daha çevik, daha rəqəmsal və müştəriyönümlü bank kimi mövqeyimizi gücləndirməyə fokuslanmışıq. Bu il bankımız üçün həm də transformasiya ilidir. Qarşıdakı dövrdə həm məhsul xəttimizi genişləndirmək, həm də real iqtisadiyyata töhfəmizi artırmaq əsas prioritetlərimiz olacaq.”

Hesabat dövründə nağdsız əməliyyatların həcmində və sayında yüksək artım qeydə alınıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə nağdsız əməliyyatların həcmi 22%, sayı isə 34 % artıb. Birinci rübün sonuna nağdsız əməliyyatların həcmi 3,9 milyard manatı, sayı isə 133 milyonu ötüb.

Bankın müştəri bazası ötən ilin eyni dövrü ilə müqayisədə 13 % artdığı üçün ümumi müştəri sayı 2,3 milyon nəfəri keçib. 2025-cı ilin birinci rübü ilə müqayisədə sahibkar müştərilərin sayı 36 %, hüquqi şəxslərin sayı isə 13 %-dək artıb. 

Dövr ərzində depozit portfeli də sabit artım nümayiş etdirib və ümumi depozit portfelinin həcmi 1 milyard 378 milyon manatı ötüb.

Hesabat dövründə Bankın strateji hədəflərinə uyğun olaraq biznes kreditlərinin həcmi əhəmiyyətli dərəcədə artaraq, ümumi kredit portfelində payını yüksəltməkdə davam edib.  Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi 36%-dən çox artaraq, 622 milyon manatı ötüb. Biznes portfelin tərkibində kiçik biznesə verilmiş kreditlərin də payında ciddi artım olub. 2025-ci ilin 1-ci rübü ilə müqayisədə mikro kreditlərin portfeldəki payında 131 milyon manat artım qeydə alınıb. Ümumilikdə isə biznes kreditlərinin ümumi kredit portfelində həcmi 45 %-i keçib.

Bankın ümumi kredit portfelində əvvəlki ilin uyğun dövrü ilə müqayisədə qeydə alınan artım isə 203 milyon manat təşkil edib və kredit portfeli 1,3 milyard manatı ötüb. 

Unibank – Sənin Bankın!


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment