Banklar


AccessBank 2026-cı ilin 1-ci rüb üzrə maliyyə hesabatını açıqlayır
14.04.2026
Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2026-cı ilin 1-ci rüb üzrə maliyyə nəticələrini açıqlayır. 
 
Ətraflı məlumat əldə etmək üçün: https://bit.ly/423QT61
 
Bank, 2026-cı ilin 1-ci rübün nəticələrinə görə 13.0 milyon manat xalis mənfəət əldə edib. Eyni göstərici 2025-ci ilin 1-ci rübündə 10.0 milyon manat təşkil edib. 2026-cı ilin 1-ci rüb ərzində Bankın məcmu kapitalı 2025-ci ilin sonu ilə müqayisədə 5.9% və ya 13.8 milyon artaraq 248.2 milyon manata yüksəlmişdir ki, bu da requlyativ tələbdən 5.0 dəfə çoxdur.
 
Sözügedən artımın drayverləri kimi kredit portfelinin, xüsusən biznes kreditlərinin artımı, depozitorların banka inamının artması, habelə yeni beynəlxalq kreditlərin cəlb edilməsi qeyd oluna bilər. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə:
 
    • Kredit portfeli 13.1% və ya 155.1 milyon manat artıb və hesabat dövrünün sonuna cəmi kredit portfeli 1 341.3 milyon manat təşkil edib.
 
    • Kredit portfelinin 76.0%-i biznesə ayrılmış kreditlər təşkil edir və biznes portfelinin həcmi 1 019.5 milyon manatdır.  
 
    • Depozit portfeli 3.4% və ya 36.4 milyon manat artıb və hesabat dövrün sonuna 1 096.5 milyon manat təşkil edib. 
 
    • Eyni zamanda, AccessBank cari ilin 1-ci rübündə beynəlxalq nüfuzlu xarici kreditorlardan 46.8 milyon manat həcmində kredit cəlb etmişdir. Bu da əhali və bizneslər üçün maliyyə əlçatanlığını təmin etməyə etibarlı zəmin yaradır. 
 
    • Bankın aktivləri 1.8 milyard manata çatır, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.4% çoxdur.
 
    • Faiz gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.8% artaraq 69.5 milyon manat təşkil edib. Xalis faiz gəlirləri isə 4.8 milyon artaraq 41.0 milyon manat təşkil edir. 
 
    • Əlavə olaraq, rüb ərzində qeyri-faiz gəlirləri 4.4 milyon manat olub. 
 
    • Nəticədə, Xalis əməliyyat mənfəəti 2026-cı ilin 1-ci rübündə 19.9 milyon manata çatıb. 
 
    • Bankın likvidlik mövqeyi dayanıqlıdır və likvidlik əmsalı 88.2% təşkil edir ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.9 dəfə yüksəkdir. 
 
 
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.
 
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  
 
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment