Banklar


Tarixi an: PAŞA Bank səhmlərinin abunə yazılışı başladı!
13.04.2026

PAŞA Bank İlkin Kütləvi Təklif (IPO) çərçivəsində səhmlərinin abunə yazılışına start verdi. Səhmlər artıq hər kəs üçün açıqdır.

Bank nümayəndələri 13 aprel 2026-cı il tarixində Bakıda keçirilən mətbuat tədbirində bu barədə rəsmi məlumat veriblər. 

Abunə yazılışı 13 aprel-12 may 2026-cı il tarixlərində davam edəcək. Bank kapitalının 5%-ni təşkil edən 932,926 ədəd adi, adlı səhm investorlara təqdim olunur. Səhmin ilkin yerləşdirmə qiyməti 55 AZN olaraq müəyyən edilib, minimal alış 1 səhmdir və maksimum limit tətbiq edilmir. Abunə dövründə əvvəlcədən ödənilmiş məbləğlərə illik 5% faiz gəliri hesablanır. Səhmlərin yerləşdirilməsi Bakı Fond Birjası vasitəsilə həyata keçirilir. 

İnvestorlar PAŞA Bank, Birbank Invest, həmçinin əsas anderrayter PAŞA Kapital, ABB Invest, Unicapital və Leobank platformaları və mobil tətbiqləri vasitəsilə IPO-da iştirak edə bilərlər. Fiziki olaraq isə proses PAŞA Bank, Kapital Bank və Unibank filiallarında, eləcə də PAŞA Kapital ofisində mümkündür.

Tədbiri açan PAŞA Bank-ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov IPO-nun bankın strateji inkişaf mərhələsində mühüm addım olduğunu vurğulayıb.

“İnvestorlar üçün şəffaf, dayanıqlı və uzunmüddətli dəyər yaradan bir maliyyə institutu olaraq bu addımı strateji baxımdan vacib hesab edirik. Bu qərarla, biz illərdir qurduğumuz, müştərilərimizlə və tərəfdaşlarımızla birlikdə yaratdığımız dəyəri daha geniş auditoriya ilə bölüşmək istəyirik. Biz bu addımı eyni zamanda ölkədə kapital bazarlarının inkişafına real töhfə kimi görürük. Daha çox insanın investisiya imkanlarına çıxış əldə etməsi bizim üçün önəmlidir,” – deyə, Süleymanov bildirib.

Daha sonra Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov, PAŞA Kapital-ın İdarə Heyətinin sədri Ceyhun Hacıyev, Unicapital-ın baş direktoru Vüqar Namazov və ABB Invest-in baş icraçı direktoru Nadir Babazadə çıxış edərək bu təşəbbüsün ölkənin kapital bazarlarının inkişafındakı rolu barədə fikirlərini bölüşüblər.

Qeyd edək ki, yerləşdirmə emissiya prospektində göstərilən ardıcıllığa uyğun olaraq icra ediləcək.

Ətraflı məlumat əldə etmək üçün ipo.pashabank.az saytına keçid edin. 

PAŞA Bank qeyri-neft sektorunun inkişafını, real sektorun maliyyələşdirilməsini və iqtisadiyyatın şaxələndirilməsini əsas prioritet kimi müəyyən edib. Bank Azərbaycandan əlavə Gürcüstan və Türkiyədə də fəaliyyət göstərir.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment