Azərbaycan Respublikasının Maliyyə Nazirliyi-nin dəstəyi ilə həyata keçirilən “Dövlət sektorunda peşəkar mühasiblərin hazırlanması” layihəsi uğurla yekunlaşmışdır.
Layihənin icrası Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA İB) tərəfindən təmin edilmişdir.
10 oktyabr 2024-cü il tarixində bağlanmış müqavilə əsasında həyata keçirilən layihə çərçivəsində ölkənin 36 ərazi-inzibati vahidini əhatə edən 6 region üzrə büdcə təşkilatlarında çalışan baş mühasiblər və aidiyyəti əməkdaşlar üçün peşəkar mühasib sertifikatı imtahanlarına hazırlıq təlimləri təşkil olunmuşdur.
Təlim proqramları aşağıdakı istiqamətləri əhatə etmişdir:
• nəzəri biliklərin sistemli şəkildə möhkəmləndirilməsi,
• praktiki bacarıqların inkişaf etdirilməsi,
• sertifikatlaşma prosesinə məqsədyönlü və strukturlaşdırılmış hazırlığın təmin olunması.
Layihə müddətində müxtəlif regionları təmsil edən çoxsaylı maliyyə mütəxəssisləri təlim prosesinə cəlb edilmiş, onların peşəkar inkişafına əhəmiyyətli töhfə verilmişdir.
31 yanvar 2026-cı il tarixində layihə üzrə bütün öhdəliklər tam şəkildə icra edilmiş, yekun təhvil-təslim prosesi uğurla başa çatdırılmışdır.
Qeyd edək ki, layihənin icrası dövlət sektorunda maliyyə idarəçiliyinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması və hesabatlılıq mexanizmlərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Əlaqə vasitələri: 055 250 47 96
Email: office@arpa.org.az