Digər xəbərlər


Azərbaycan və BMT arasında Birgə İstiqamətləndirici Komitənin İclası keçirilib
13.04.2026

“2026-2030-cu illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nə dair Birgə İstiqamətləndirici Komitənin İclasında 2026-cı il üzrə Müştərək İş Planının prioritet və fəaliyyətləri təsdiqlənib.

“2026-2030-cu illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nə dair Birgə İstiqamətləndirici Komitənin İclası keçirilib.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Anar Axundov Azərbaycanın 30 ildən artıq müddətdə BMT ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Tərəfdaşlıq çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi, idarəetmə və institusional inkişaf, vətəndaşlar üçün bərabər imkanların yaradılması və digər istiqamətlərdə ardıcıl addımların atıldığı qeyd edilib. Bu günədək BMT ilə əməkdaşlığa dair 5 Çərçivə Sənədinin  hazırlandığı və hazırda 2026–2030-cu illəri əhatə edən 5-ci Çərçivə Sənədinin icra mərhələsinə daxil olduğu bildirilib. Yeni Çərçivə Sənədi inklüziv sosial-iqtisadi inkişaf və insan kapitalının gücləndirilməsi və ekosistemlərin qorunması, iqlimə davamlılıq, yaşıl artımın təşviqi kimi prioritet istiqamətləri əhatə edir. Bu prioritetlər bütün vətəndaşlar üçün keyfiyyətli xidmətlərə çıxışın genişləndirilməsinə, layiqli məşğulluğun təmin edilməsinə, innovasiya və sahibkarlığın inkişafına, resurslardan səmərəli istifadəyə və ətraf mühitin qorunmasına xidmət edir.

Azərbaycanda BMT-nin  rezident əlaqələndiricisi vəzifəsini müvəqqəti icra edən İqor Qarafuliç yeni Əməkdaşlığa dair Çərçivə Sənədinin daha məqsədyönlü və prioritetləşdirilmiş, Azərbaycanın milli inkişaf strategiyasına və ölkədə dəyişən vəziyyətə uyğunlaşdırıldığını bildirib. Artıq Çərçivə Sənədinin planlaşdırma mərhələsindən icra mərhələsinə keçdiyi, həmçinin Birgə İş Planlarının icra olunduğu qeyd edilib.

Bildirilib ki, Azərbaycanın 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsi böyük qlobal əhəmiyyət daşıyan bir mərhələdir. Birləşmiş Millətlər Təşkilatı tədbirin uğurlu və təsirli həyata keçirilməsini təmin etmək üçün hərtərəfli dəstək göstərməyə hazırdır.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisinin rəhbəri xanım Kanako Mobuçi 2021–2025-ci illər Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin nəticələrinə dair təqdimatla çıxış edib. Daha sonra  2026-2030-cu illər üçün yeni Çərçivə Sənədinə dair ümumi baxış təqdim edilib.

Tədbir çərçivəsində inklüziv sosial-iqtisadi artım və insan inkişafı üzrə Birinci Nəticə Qrupunun həmsədrləri təqdimatla çıxış ediblər. İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov BMT ilə mövcud tərəfdaşlıq üzrə prioritetlər, BMT-nin Məskunlaşma Proqramı Ölkə Ofisinin rəhbəri Anna Soave isə 2026-cı il üçün Müştərək İş Planındakı fəaliyyətlər və büdcə yükü ilə bağlı tədbir iştirakçılarına məlumat verib.   

İqlimə davamlılıq, yaşıl inkişaf və ədalətli keçid üzrə 2-ci Nəticə Qrupunun həmsədri, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva yeni Çərçivə Sənədi üzrə iqlim dəyişmələri ilə mübarizə və iqlim məlumatlılığının artırılması istiqamətində nəzərdə tutulan layihələr barədə məlumat verib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanda müvəqqəti nümayəndəsi Nasar Hayat iqlimə davamlılıq və yaşıl artım istiqamətlərini əhatə edən birgə iş planı, onun icrası üçün tələb olunan maliyyə resursları və donor dəstəyi barədə təqdimatla çıxış edib.

Tədbirdə 2026-cı il üçün prioritetlər üzrə müzakirələr aparılıb. İştirakçıların sualları cavablandırılıb. Müzakirələrin nəticələrinə əsasən müştərək İş Planı çərçivəsində 2026-cı il üzrə fəaliyyətlər və prioritetlərin təsdiq olunduğu elan edilib.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment