Digər xəbərlər


“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır
10.04.2026

“Gəncə KOB evi”nin direktoru Orxan Abbasov ilə müsahibəni təqdim edirik. 

Sayca 5-ci KOB evinin Gəncə şəhərində fəaliyyətə başlaması region sahibkarları üçün hansı üstünlüklər yaradır?

– “Gəncə KOB evi”nin fəaliyyətə başlaması region sahibkarları üçün bir sıra mühüm üstünlüklər yaradır. İlk növbədə, burada 15 dövlət qurumu tərəfindən 80-dən çox xidmətin vahid məkanda təqdim olunması sahibkarların müxtəlif qurumlara ayrı-ayrılıqda müraciət etmədən bütün zəruri xidmətləri bir ünvanda əldə etməsinə imkan verir. Bu, sahibkarların dövlət qurumları ilə əlaqəsini asanlaşdırır, inzibati prosesləri sadələşdirir. Nəticədə biznes məsələləri ilə bağlı vaxt itkisi azalır, əməliyyat xərclərinə qənaət olunur. Eyni zamanda KOB evində xidmətlərin şəffaf və operativ təşkili sahibkar məmnunluğunu artırır, xidmət keyfiyyətini ölçüləbilən edir. Bu imkanlar regionda biznes fəaliyyətinin genişlənməsinə, yeni təşəbbüslərin yaranmasına və sahibkarlıq mühitinin daha da güclənməsinə töhfə verir. 

Sahibkarlar “Gəncə KOB evi”ndə hansı xidmətlərdən yararlana bilər?

– Sahibkarlar biznesin qurulması və inkişafı üçün vacib olan bir çox xidmətlər üçün “Gəncə KOB evi”nə müraciət edə bilərlər. Bunlar biznesin qeydiyyatı, vergi, gömrük və ixrac məsələləri, lisenziya, mənşə sertifikatı, açıq məkanda reklam yerləşdirilməsi, nəqliyyat vasitələri üçün fərqlənmə nişanları və digər icazələrin alınması, strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədi, qida təhlükəsizliyi, baytarlıq və bitki mühafizəsi xidmətləri, ekoloji icazələr və təbii ehtiyatlardan istifadə, sosial müdafiə və məşğulluq məsələləri, kommunal xidmətlərə qoşulma və s. xidmətlərdir. 

KOB evində yalnız dövlət xidmətləri təqdim olunur?

– Xeyr. Burada dövlət xidmətləri ilə yanaşı, özəl təşkilatlar tərəfindən bank, sığorta, konsaltinq, lizinq, tərcümə kimi “B2B” xidmətlər də göstərilir. Burada həmçinin bir bank filialı və poçt xidməti də mövcuddur. Ümumilikdə “Gəncə KOB evi”ndə 33 xidmət pəncərəsində sahibkarlara həm “G2B”, həm də “B2B” xidmətlər təqdim olunur. Gələcəkdə sahibkarların ehtiyacı olan digər xidmətlərin də KOB evinə cəlb olunması ilə xidmət pəncərələrinin sayı artırıla bilər. 

“Gəncə KOB evi”ndən yalnız Gəncə şəhərində fəaliyyət göstərən sahibkarlar istifadə edə bilər?

– Gəncə ilə yanaşı, ətraf şəhər və rayonların sahibkarları da “Gəncə KOB evi”ndə göstərilən xidmətlər üçün müraciət edə bilərlər. Bununla bağlı hər hansı məhdudiyyət yoxdur. Lakin dövlət qurumlarının regional strukturuna görə bəzi xidmətlər konkret olaraq müvafiq region üzrə göstərilə bilir. Bu hallar istisna olmaqla sahibkarlar yaşadıqları ərazidən asılı olmayaraq Bakı, Gəncə, Yevlax,  Xaçmaz və Şuşa KOB evlərinə müraciət edə bilərlər. 

KOB evində əlavə hansı imkanlar yaradılıb?

– “Gəncə KOB evi”ndə KOB dostu ofisi də fəaliyyət göstərir. KOB İnkişaf Mərkəzi (KOBİM) isə yaxın zamanda fəaliyyət göstərəcək. Hazırda bu istiqamətdə müvafiq tədbirlər görülür. Gəncə KOBİM sahibkarlara biznes ideyalarının reallaşdırılması və inkişafı üçün təlimlər keçəcək, məsləhət xidməti göstərəcək, biznes planın hazırlanması və şəbəkələşmə imkanları təqdim edəcək. Bundan əlavə, sahibkarlarla görüşlərin və müxtəlif tədbirlərin keçirilməsi üçün KOB evində konfrans zalı, iş otaqları da mövcudur. 

“Gəncə KOB evi” harada yerləşir və iş saatları necədir?

– “Gəncə KOB evi” Gəncə şəhəri, Zərifə Əliyeva prospekti 166 ünvanında yerləşir. KOB evi həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək sahibkarlara xidmət göstərir.

Sahibkarlar “Gəncə KOB evi”nin xidmətlərindən istifadə etmək üçün əvvəlcədən qeydiyyatdan keçməlidirmi?

– Sahibkarlar “Gəncə KOB evi”nə əvvəlcədən qeydiyyatdan keçmədən birbaşa müraciət edə bilərlər. Xidmətlər növbəlilik prinsipi əsasında təqdim olunur və binaya gələn zaman girişdə növbə götürmək üçün qurğu yerləşdirilib. Hazırda sahibkarların “Gəncə KOB evi”nə gəlmədən onlayn növbə götürməsi üçün “KOB növbə” tətbiqi üzərində də iş aparılır.

“Gəncə KOB evi”ndə göstərilən xidmətlər ödənişlidirmi?

– “Gəncə KOB evi”ndə sahibkarlara dövlət qurumları tərəfindən təqdim olunan xidmətlərin əksəriyyəti qanunvericiliyə uyğun olaraq ödənişsizdir. Lakin bəzi xidmətlər üzrə dövlət rüsumu və ya xidmət haqqı nəzərdə tutula bilər və bu ödənişlər müvafiq qaydalara əsasən həyata keçirilir. Ödənişləri etmək üçün KOB evində bank fəaliyyət göstərir. 

Sahibkarlar üçün maraqlı ola biləcəyini nəzərə alaraq bir qədər də KOB evi modeli barədə məlumat verməyinizi xahiş edirik. 

– Kiçik və orta biznes evləri (KOB evləri) sahibkarlıq subyektlərinə dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərin vahid məkanda və əlaqələndirilmiş formada təqdim olunduğu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) struktur bölmələridir. Hazırda KOB evləri Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşa şəhərlərində fəaliyyət göstərir. Həmçinin Xudatda “Food City” Aqroparkında “Xaçmaz KOB evi”nin xidmət mərkəzi yerləşir. Ümumilikdə KOB evlərində sahibkarlara 35 dövlət qurumu tərəfindən 300-dən çox “G2B” və 13 özəl təşkilat tərəfindən 160 “B2B” xidmət göstərilir. 2026-cı ilin 1 yanvar tarixinə olan məlumata əsasən KOB evlərində sahibkarlara dövlət və özəl qurumlar tərəfindən 1,5 milyona yaxın xidmət göstərilib. 2024-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən KOB evi modeli sahibkarlara xidmət sahəsində innovativ təşəbbüs kimi qiymətləndirilib və nümunəvi təcrübə kimi tətbiqi tövsiyə edilib. KOB evi modeli bir sıra ölkələrin diqqətindədir və bu modelin öyrənilməsi üçün KOBİA ilə əməkdaşlıq sənədləri imzalanıb.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment