Bakı Fond Birjası olaraq, 2025-ci ilin bazar tendensiyalarını əks etdirən ən son Bülletenimizi Azərbaycan dilində təqdim edirik.
Bu buraxılışda bazarın inkişaf istiqamətlərini və əsas trendləri əhatə edən mühüm məqamlar yer alır:
Azərbaycanın borc bazarı: 2025-ci ildə korporativ və dövlətə məxsus müəssisələrin dövriyyədə olan həcmi real sektorun daha fəal iştirakı fonunda artmışdır. Eyni zamanda, dövlət istiqrazlarının buraxılışı əsasən orta müddətli istiqrazlar üzərində cəmlənmişdir.
Azərbaycanın repo bazarı: 2025-ci ildə bazar həcmləri bir qədər azalmış, likvidliyin idarə olunması üzrə əməliyyatlar isə optimallaşdırılmış tarif strukturu çərçivəsində əsasən bir həftəlik müddətlərdə həyata keçirilmişdir.
BFB – maliyyələşmə platforması: Dövlət istiqrazları üzrə ticarət rekord səviyyəyə çatmış, korporativ istiqrazlar üzrə aktivlik yeni yerləşdirmələrin təsiri ilə daha da artmışdır. REPO əməliyyatlarının həcmi isə bir qədər azalsa da, bazarda üstün mövqeyini qoruyaraq bazarın əsas seqmenti olaraq qalmağa davam etmişdir.
Ətraflı təhlil və tam bülletenlə tanış olmaq üçün:
https://www.bfb.az/storage/files/Bulletin%202025%20aze.pdf