Sahibkarlar birgə maliyyələşmə proqramından necə yararlana bilərlər?
09.04.2026
Birgə maliyyələşmə proqramı - işaxtaranlar və işsiz şəxslərin məşğulluğunu təmin etmək, bu sahədə işəgötürənləri həvəsləndirmək məqsədilə həyata keçirilən proqramdır. Proqramdan sahibkarlar da faydalana bilərlər. Proqram çərçivəsində sahibkarın sosial iş yeri üzrə 6 aydan az olmayan müddətə işə götürdüyü işçinin əməkhaqqının bir hissəsi dövlət tərəfindən maliyyələşdirilir. Son 1 ildə fəaliyyətdə olan və prioritet iqtisadi sahələr və peşələr üzrə vakansiyası olan sahibkarlar proqrama qoşulmaq üçün Dövlət Məşğulluq Agentliyinə müraciət edə bilərlər. https://smb.gov.az/az/all-news/sahibkarlar-birge-maliyyelesme-proqramindan-nece-yararlana-bilerler