Digər xəbərlər


Qırğızıstan Respublikasının Səhiyyə nazirinin müavini Mərkəzi Gömrük Hospitalının fəaliyyəti ilə tanış olub
09.04.2026

8 aprel 2026-cı il tarixində Mərkəzi Gömrük Hospitalında  Qırğızıstan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndələri ilə tibb sahəsində əməkdaşlığın inkişafına həsr olunmuş görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Mərkəzi Gömrük Hospitalının rəisi - Baş həkim Bəxtiyar Musayev, Qırğızıstan Respublikasının səhiyyə nazirinin müavini Bakıtbek Kadıraliyev və  Qırğızıstan Respublikasının Səhiyyə Nazirliyinin Dərman vasitələri və tibbi ləvazimatlar departamentinin baş mütəxəssisi Akılbek Abduldayev iştirak ediblər.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov qonaqları səmimi salamlayaraq, Tibbi Xidmət İdarəsinin fəaliyyəti, əhaliyə və gömrük əməkdaşlarına, onların ailə üzvlərinə göstərilən yüksəkkeyfiyyətli tibb xidmətləri, eləcə də  Mərkəzi Gömrük Hospitalında tətbiq olunan innovativ diaqnostika və müalicə üsulları barədə ətraflı məlumat verib. 

Daha sonra Mərkəzi Gömrük Hospitalının rəisi – Baş həkim Bəxtiyar Musayev Hospitalda beynəlxalq standartlara uyğun qurulmuş tibbi xidmət sistemi, həyata keçirilən yüksək ixtisaslı əməliyyatlar, o cümlədən meyit donordan böyrək və qaraciyər transplantasiyası, mürəkkəb ürək-damar cərrahiyyəsi, Mitral klip, TAVİ, EVAR və digər unikal invaziv kardioloji müdaxilələrin uğurla icra olunduğunu qonaqların diqqətinə çatdırıb. B.Musayev bu cür görüşlərin təcrübə mübadiləsi və ortaq layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. 

Görüş zamanı tərəflər arasında səhiyyə sahəsində qarşılıqlı əməkdaşlıq imkanları, təcrübə mübadiləsi, tibb işçilərinin peşəkar inkişafı, eləcə də dərman vasitələri və tibbi məmulatlar sahəsində birgə fəaliyyət perspektivləri geniş müzakirə olunub. Qırğızıstan Respublikasının səhiyyə nazirinin müavini Bakitbek Kadiraliyev Mərkəzi Gömrük Hospitalının əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, gələcək əməkdaşlıq üçün bu cür görüşlərin əhəmiyyətini qeyd edib. 

Daha sonra Qırğızıstan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndə heyəti Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsini, palataları, Radiologiya, Təcili Tibbi Yardım və Sığorta şöbələrini ziyarət ediblər. Ziyarət zamanı Mərkəzi Gömrük Hospitalının rəisi Bəxtiyar Musayev və Ürək-Damar Cərrahiyyəsi şöbəsinin ürək-damar cərrahı Kənan Əsədov nümayəndə heyətini müşayiət edərək, Hospitalın müasir infrastrukturu, texniki imkanları və tətbiq olunan qabaqcıl tibbi xidmətlər barədə ətraflı məlumat veriblər. 

Görüş səmimi tərəfdaşlıq ruhunda baş tutaraq, səhiyyə sahəsində Qırğızıstan ilə səmərəli əməkdaşlığın inkişafı üçün mühüm zəmin formalaşdırdı.

 


     



21.11.2025
Elvira Rüstəmova
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri
05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
 
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri



14.11.2025
Günay Şahbazova
Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasında İdarə Heyətinin Sədri
01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
 
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment