8 aprel 2026-cı il tarixində "Auditoriyada məzun var" layihəsi çərçivəsində Bakı Fond Birjasının Analitiki və UNEC məzunu Nərmin Bayramlı UNEC tələbələri ilə görüş keçirib.
Görüş zamanı Nərmin Bayramlı tələbələr üçün “Azərbaycanın makro, mikro iqtisadi və kapital bazarlarına dair bülletenin təqdimatı”nı təqdim edərək, bazarın əsas göstəriciləri, dinamikası və inkişaf trendləri barədə ətraflı məlumat verib.
UNEC-in əsas tədris binasında Bakı Fond Birjasının dəstəyi ilə yaradılmış "Maliyyə laboratoriyası" 2015-ci ildən fəaliyyət göstərir. Əməkdaşlıq çərçivəsində "Maliyyə laboratoriyası"nda layihə, təlim və seminarların təşkil edilməsi, BFB mütəxəssislərin təcrübəsinin paylaşılması, BFB-də mövcud olan aktiv vakansiyalar və təcrübə proqramları haqda məlumatlandırılması məqsədilə “UNEC”də “Karyera günləri”nin keçirilməsində iştirakı nəzərdə tutulub.
Bakı Fond Birjası və UNEC tələbələrin peşəkar inkişafına dəstək olmaq məqsədilə bu cür əməkdaşlıq tədbirlərini davam etdirməyi planlaşdırır.