Dövlət Gömrük Komitəsinin Akademiyasında gömrük xidməti əməkdaşları üçün növbəti ixtisasartırma təlimləri başlayıb.
Bir ay davam edəcək təlimlər gömrük əməkdaşlarının peşə biliklərinin təkmilləşdirilməsi, gömrük prosedurlarının rəqəmsallaşdırılması və müasir texnoloji avadanlıqlardan istifadə bacarıqlarının artırılması məqsədilə təşkil edilir.
Təlimlərdə gömrük nəzarəti sistemlərinin rəqəmsallaşdırılması, rentgen texnikasından istifadə, mal və nəqliyyat vasitələrinin bəyan edilməsi, həmçinin daxili intizam və sıra hazırlığı mövzularında məlumat veriləcək.