"BQ" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
07.04.2026
7 aprel 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "BQ" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 16.04.2026-cı il tarixində keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"BQ" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2007020939
İstiqrazların növü və forması
Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz
Ticarət üsulu/forması
Kütləvi/Birqiymətli hərrac
İstiqrazların sayı
20,000 ədəd
İlkin ticarət qiyməti
100 manat
İstiqrazların buraxılış həcmi
2,000,000 manat
İllik gəlirlilik faizi
15%
Ödəmə Periodu
İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir