Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov aprelin 10-da saat 10:00-da Göygöl rayon Heydər Əliyev Mərkəzində (ünvan: Göygöl şəhəri, Hummel küçəsi) Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən, Şəmkir və Gədəbəy rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.
Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.