"PAŞA BANK" ASC-nin səhmlərinin abunə yazılışı baş tutacaqdır
06.04.2026
3 aprel 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "PAŞA BANK" ASC-nin səhmlərin ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan səhmlərin abunə yazılışı 13 Aprel-12 May (daxil) 2026 ci il tarixi aralığında baş tutacaqdır.
Qeyd olunan səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"PAŞA BANK" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ1012006628
Səhmlərin növü və forması
Sənədsiz adlı, adi səhmlər
Ticarət üsulu/forması
Kütləvi / Abunə yazılışı
Səhmlərin sayı
932,926 ədəd
İlkin ticarət qiyməti
55 manat
Buraxılış həcmi
51,310,930 manat
Ticarətə buraxılma tarixi
Yerləşdirmə tarixi emitent tərəfindən bildiriləcək